ABŞ Qəzza zolağında müharibənin davam edəcəyi təqdirdə İsraili yardımı dayandıracağı ilə hədələyib
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin Qəzza zolağında müharibəni davam etdirəcəyi təqdirdə İsrail hökumətinə hərbi və iqtisadi yardımı kəsməklə hədələyib. Bu barədə “Washington Post” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, mart ayında Qəzza zolağına humanitar yardımın çatdırılmasını əngəlləyən İsrail hakimiyyəti BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisindən bölgəyə məhdud yardımın bərpasını xahiş edib.
Qəzet davam edir ki, dönüş Tramp administrasiyası Qəzzadakı döyüşlərə son qoyması üçün İsrailə açıq və özəl təzyiqlər etməyə başladıqdan sonra baş verib.
“Trampın adamları İsrailə mesaj göndərir: “Əgər siz bu müharibəni dayandırmasanız, biz sizi tərk edəcəyik”, – mənbə “The Washington Post”a bildirib.
Bir müddət əvvəl “Axios” portalı ABŞ-ın vitse-prezidenti Vensın Qəzza zolağında İsrail ordusunun hərbi əməliyyatının genişlənməsi ilə əlaqədar İsrailə səfərini ləğv etdiyini bildirmişdi. Qərar Ağ Evin ABŞ-ın atəşkəsə nail olmaq və girovları azad etmək səylərinə baxmayaraq, Tramp administrasiyasının genişmiqyaslı əməliyyata başlamasını dəstəklədiyi təəssüratından yayınmaq istəyi ilə bağlıdır.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















