ABŞ Qəzzada sabitləşdirmə qüvvələrinə dair layihəni BMT TŞ yə bu gün təqdim edəcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 6 noyabr, AZƏRTAC
ABŞ Qəzzada sabitləşdirmə qüvvələri layihəsini BMT Təhlükəsizlik Şurasına bu gün təqdim edəcək. AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ rəsmisi açıqlama yayıb. Bildirilir ki, layihə əsasında Prezident Donald Trampın İsrail və HƏMAS arasındakı müharibəni dayandırmaq planının növbəti addımı kimi bu qüvvələrə ən azı iki il müddətinə mandat verilməsi nəzərdə tutulub.
Misir, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəstək üçün ABŞ-a qoşulacaqlar.
Layihədə, həmçinin qüvvələrin Qəzza zolağının silahsızlaşdırılması prosesini aparması və qeyri-dövlət silahlı qrupların tərkisilah edilməsini təmin etməsi nəzərdə tutulur.
Təhlükəsizlik Şurasının qapalı iclası hələlik elan olunmayıb. Onun yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə noyabrın 6-sı gecə saatlarında) keçirilməsi gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Noyabr 2025 02:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















