ABŞ qiyamətə hazırlaşır: yerin altında 170 sığınacaq
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın keçmiş Mənzil və Şəhərsalma nazir müavini Ketrin Ostin Fitts elmi-fantastik filmləri xatırladan bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ hökuməti 1998–2015-ci illər arasında 21 trilyon dollar vəsait xərcləyərək yerin altında 170-dən çox sığınacaq, hərbi baza və yaşayış kompleksi inşa edib. Bu obyektlər tamamilə gizli şəkildə, ictimaiyyətə və maliyyə hesabatlarına açıqlanmadan tikilib.
Bəzi mənbələr hətta okean dibində də bazaların qurulduğunu bildirir.
Xalqcebhesi.az xəbər verir ki, iddialara görə, bu obyektlər nüvə müharibəsi və ya böyük təbii fəlakət halında ölkə elitasının sağ qalması üçün nəzərdə tutulub. Akademik araşdırmalar da bu iddiaları müəyyən qədər dəstəkləyir.
Bu sığınacaqların dəqiq yerləri, kimlərin istifadə edə biləcəyi və texniki detalları tam məxfi saxlanılır. Məqsədin isə potensial qlobal fəlakətlər zamanı müəyyən qrupların təhlükəsizliyini təmin etmək olduğu bildirilir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















