ABŞ qlobal neft istehsalı ilə bağlı pronozunu açıqlayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün neft və digər maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 108,75 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz göstərici – 108,18 mln. barel ) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 0,9 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 107,85 mln. barel səviyyəsində olacaq ki, bu da öncə verilən proqnozdan 0,2 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik hasilatı ortalama 106,29 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (103,17 mln. barel) ilə müqayisədə 3,12 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 102,02 mln. barel olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















