Icma.az
close
up
RU
ABŞ qoşunları Avropadan çıxarılır? KONKRET

ABŞ qoşunları Avropadan çıxarılır? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropadakı amerikalı hərbçilərin sayının azaldılması qitənin müdafiəsinə əlavə yük yaratmayacaq.

KONKRET.az xəbər verir ki, bunu “Politico”nun yazdığına görə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, general Aleksus Qrinkeviç bəyan edib.

“Avropanın və Kanadanın imkanlarına inanıram. Biz bu gün hər cür böhrana və gözlənilməz vəziyyətə hazırıq”, – deyə o bildirib.

Qrinkeviç vurğulayıb ki, Ukrayna üzrə sülh danışıqları ilə bağlı siyasi gərginlik “NATO baxımından missiyamızı yerinə yetirmək qabiliyyətinə heç bir təsir göstərməyib”. O əlavə edib ki, müttəfiqlərin müdafiə xərclərini artırmaq barədə öhdəlikləri NATO-nun “sabah daha hazırlıqlı, birigün isə daha da hazırlıqlı” olacağını, Rusiyaya qarşı durmağa və mümkün əlavə qoşun çıxarılmasına cavab verməyə imkan verəcəyini göstərir.

Qrinkeviçin açıqlamaları prezident Donald Trampın gözlənilən müdafiə strategiyası nəticəsində ABŞ qoşunlarının Avropadan çıxarılacağı ilə bağlı narahatlıqlar fonunda səslənib. Gözlənilir ki, hərbi strategiyanın nəzərdən keçirilməsi ABŞ qüvvələrinin Avropadan Hind-Sakit okean regionuna yenidən yerləşdirilməsini nəzərdə tutacaq.

Avropadakı amerikalı hərbçilərin sayının azalması ilə bağlı narahatlıqlar Vaşinqtonun Tramp dövründə alyansa sadiqliyi barədə daha geniş debatların da bir hissəsidir.

“Politico” yazır ki, bəzi Avropa müttəfiqləri özəl söhbətlərdə ABŞ-dakı vəziyyətdən narahat olsalar da, açıq şəkildə NATO-nun hələ də ciddi qüvvə olduğunu vurğulayırlar.

“NATO-nun bütün prosesləri qüsursuz işləyir, – Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski nəşrə bildirib. – Əslində amerikalılar öz öhdəliklərini çox yaxşı yerinə yetirirlər”.

Eyni zamanda Qrinkeviç Rusiyanın “yaxın perspektivdə”, eləcə də “orta və, əlbəttə ki, uzunmüddətli perspektivdə” NATO-nun kollektiv müdafiəsini yoxlamağa cəhd edə biləcəyindən “narahatlıq” ifadə edib.

“Biz həmçinin qabaqlayıcı addımlar barədə də düşünürük, – deyə o əlavə edib və əlavə təfərrüat verməkdən imtina edib. – Əgər Rusiya bizim üçün dilemmalar yaratmağa çalışırsa, bəlkə də elə yollar var ki, biz də onlar üçün dilemmalar yarada bilərik”.

Qeyd edək ki, bundan bir qədər əvvəl KİV-in yazdığına görə, ABŞ Şərqi Avropanın bir sıra ölkələrində — Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada — hərbi kontingentlərini azaltmağı planlaşdırır.

Mənbələrin məlumatına görə, 27 oktyabrda NATO-nun rəsmi kanalları vasitəsilə Rumıniyadan təxminən 800 hərbçinin çıxarılması barədə qərar elan olunub. Bu qərar Ağ Ev tərəfindən qəbul edilib və artıq qüvvəyə minib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri