Icma.az
close
up
RU
ABŞ Qrenlandiyanın güc yolu ilə birləşdirilməsi ssenarisini istisna etmir

ABŞ Qrenlandiyanın güc yolu ilə birləşdirilməsi ssenarisini istisna etmir

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Qrenlandiyanın güc yolu ilə birləşdirilməsi ssenarisini istisna etmir


Vaşinqton təkid edir ki, Qrenlandiya Amerika təhlükəsizlik sisteminin bir hissəsi olaraq Birləşmiş Ştatların bir hissəsi olmalıdır. Bu barədə CNN-ə müsahibəsində ABŞ prezidentinin administrasiyasının rəis müavini Stiven Miller bildirib və adanın hərbi yolla ələ keçirilməsi variantını istisna etməkdən imtina edib.
"Prezident aylar ərzində aydın şəkildə bildirib: Birləşmiş Ştatlar Qrenlandiyanı ümumi təhlükəsizlik aparatımızın bir hissəsi olaraq özündə birləşdirən bir dövlət olmalıdır", - deyə Miller bildirib.
"Mən sadəcə olaraq aydınlaşdırmaq istəyirəm ki, bu, bu administrasiyanın başlanğıcından, və etiraf etmək lazımdır ki, hələ də əvvəlki Tramp administrasiyasından bəri ABŞ hökumətinin rəsmi mövqeyidir: Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır. Prezident bu məsələdə çox aydın olub", - deyə rəsmi şəxs vurğulayıb.
Aparıcı Ceyk Tapper dəfələrlə Millerdən ABŞ-ın Qrenlandiyanı güc yolu ilə ələ keçirməyə cəhd edə biləcəyi ssenarisini istisna edib-etməyəcəyini soruşub. Cavabında Miller sualdan yayınaraq, Danimarkanın adaya nəzarətinin leqallığını şübhə altına alıb.
"Əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiyaya nəzarət elan edib? Onların ərazi iddiaları nəyə əsaslanır? Hansı əsasla Qrenlandiya Danimarkanın koloniyasıdır? Birləşmiş Ştatlar NATO-nun gücüdür. ABŞ-ın Arktika regionunu, NATO-nu və Alyansın maraqlarını qorumaq üçün, açıq-aydındır ki, Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır. Biz supergüclüyük və prezident Trampın rəhbərliyi altında biz supergüc kimi davranacağıq", - deyə ABŞ prezidentinin administrasiyasının rəis müavini qeyd edib.
Tramp hələ 2024-cü ilin dekabrında Qrenlandiya, Kanada və Panama kanalının ABŞ-a "birləşdirilməsi" imkanına işarə etmişdi. Qrenlandiyaya gəldikdə isə, Tramp adanın Amerika milli təhlükəsizliyi üçün vacibliyini vurğulamışdı.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 06 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri