ABŞ regiondakı ən böyük hərbi bazasını boşaldır “İran dünyanı aldada bilməz”
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ Qətərdəki Əl-Udeyd hərbi-hava bazasında təhlükəsizlik tədbirlərini artıraraq bəzi hərbi qulluqçuların dərhal çıxarılmasını əmr edib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, üç diplomatik mənbə agentliyə verdiyi məlumata görə, bir qrup hərbçiyə axşama qədər bazanı tərk etmək tövsiyə olunub. Əl-Udeyd Pentaqonun Yaxın Şərqdəki ən böyük hərbi bazası hesab olunur və burada təxminən 10 min ABŞ əsgəri var.
Qeyd edilir ki, 12 günlük müharibə zamanı İran tərəfindən bu bazaya raket hücumları həyata keçirilmişdi. ABŞ-nin iyun ayında başlatdığı hava əməliyyatları ərəfəsində də bəzi personal bölgədəki digər bazalardan çıxarılmışdı.
Bu arada ABŞ prezidenti Donald Tramp dünən İran xalqına müraciətində bildirib: “Kömək yoldadır. İranın əzəmətini geri qaytaracağıq!”
Bu arada ABŞ Dövlət Departamenti İranın etirazçıları “terrorçu” və “iğtişaşçı” kimi təqdim etməsinə qarşı sərt açıqlama verib. Departamentin farsdilli “X” hesabında, “İran etirazçıları iğtişaşçı və terrorçu adlandırmaqla dünyanı aldatmağa çalışır. Bunlar zorakılığı haqlı çıxarmaq üçün istifadə edilən etiketlərdir, başqa bir şey deyil”, – yazılıb.
Son günlər İran hakimiyyəti etiraz aksiyalarını gizlətmək üçün nümayişçiləri “terrorçu” kimi təqdim edir. Eyni zamanda, xarici səfirləri İran Xarici İşlər Nazirliyinə dəvət edən naziri Abbas Araqçı etirazçılara qarşı zorakılığı haqlı çıxarmağa çalışıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İran ABŞ ın hərbi bazasını vurdu
23 İyun 2025 14:43
İran ABŞ ın ən böyük bazasını vurdu SEPAH dan sərt bəyanat
23 İyun 2025 21:26
İran ABŞ ın hərbi bazasını belə “vurdu” Video KONKRET
07 Aprel 2025 13:04
“İran ən böyük təhlükədir”
07 Yanvar 2025 10:33
İran ilk dəfə İsrailə qarşı ən böyük raket bazasını nümayiş etdirib
11 Yanvar 2025 11:59
Baxış sayı:34
Bu xəbər 14 Yanvar 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















