ABŞ rəsmisi Bakıda sülhdən danışdı: Tramp gözləyir
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq:
"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq".
"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk", - baş müşavir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















