ABŞ Rusiya aerodromlarına zərbə endirməsi üçün Kiyevə məlumat ötürməyib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 iyun, AZƏRTAC
Ukrayna Rusiya aerodromlarına zərbələr endirmək üçün öz məlumatından istifadə edib.
AZƏRTAC xəbər verir ki, CBS News telekompaniyası bu barədə Ağ evdəki mənbələrinə istinadla məlumat yayıb.
“ABŞ nə Ukrayna Prezidenti Volodimir Zelenski, nə də onun əməliyyatda iştirak edən komandası ilə məlumat paylaşmayıb. Kiyev hücum üçün öz məlumatlarından istifadə edib”, - deyə məlumatda bildirilir.
Həmçinin Kiyev Rusiya ərazisindəki hərbi aerodromlara zərbə endirmək niyyəti barədə Vaşinqtonu məlumatlandırmayıb.
Xatırladaq ki, Rusiyanın beş regionunda hərbi aerodromlara zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində bir neçə təyyarə yanıb. Hücum Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların İstanbulda iyunun 2-də keçiriləcək ikinci mərhələsi ərəfəsində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 İyun 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















