ABŞ Rusiya neftinin ixracına qarşı sanksiyaları sərtləşdirə bilər
Icma.az, Publika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Co Baydenin administrasiyası tezliklə Rusiya neftinin ixracına daha sərt məhdudiyyətlər qoyacağını elan edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton İranın neft ixracına qarşı məhdudiyyətlərə bənzər sanksiyaların tətbiqini istisna etmir. Bu halda məhdudiyyətlər Rusiyadan enerji alıcılarına da şamil olunacaq. Agentlik vurğulayır ki, belə bir tədbir müəyyən risklə bağlıdır, çünki Rusiya neftinin ən böyük alıcıları Hindistan və Çin kimi ölkələrdir. Nəticədə neftin qiyməti kəskin arta bilər və qlobal iqtisadiyyatda gərginlik yaranar.
Bundan əlavə, Birləşmiş Ştatlar Rusiya neftini daşıdığı iddia edilən “tanker donanmasına” qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 Dekabr 2024 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















