Icma.az
close
up
RU
“ABŞ Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir”

“ABŞ Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistan ABŞ strateji tərəfdaşlıq sazişi regionda yeni siyasi proseslərə yol açır. Ermənistan ABŞ arasında "Strateji tərəfdaşlıq" xartiyası imzalanması Rusiya və İrana qarşıdır. Həmçinin ABŞ Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirir”

Bunu Moderator.az-a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Siyasi eskpert hesab edir ki, ABŞ Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir:

“Həmçinin İranın Ermənistana təsirini neytrallaşdıracaq. Azərbaycanla bağlı məsələyə gəldikdə isə, Ermənistan Azərbaycanla müharibəyə gedəcək gücdə deyil. Həm də ABŞ Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanmasında maraqlı deyil. Çünki, ortada Türkiyə faktoru var. Əgər, Ermənistan revanşa qalxarsa, Türkiyə Azərbaycanı tam dəstəyini göstərəcək. Bu da Ermənistan dövlətinin iflasına gətirə bilər. Paşinyanı hakimiyyətə gətirən ABŞ -dır.  Və indiki proseslər təəccüblü bir şey yoxdur. Bu sazisdən sonra Paşinyan Ermənistanı Rusiyadan tam qoparacaq. Avrointeqrasiya siyasətini davam etdirəcək. Ermənistan bu faktdan istifadə edib, sülh müqaviləsini uzada bilər. Müəyyən təxribatlara əl ata bilər”.

Siyasi ekspert əlavə edib ki, Ermənistan tam mövqe ortaya qoydu. Ermənistandan da bu tələb edilirdi:

“Azərbaycandan da öz seçimini etmək istənilir. Azərbaycan isə, müstəqil siyasət aparacağını daima ortaya qoyur. Bu da ölkəmizə qarşı təzyiqlərə yol açır. Yeni dünya nizamı qurulur və hər bir ölkə öz geosiyasi seçimini etməlidir. Artıq Ermənistan ABŞ pladsarmı olacaq. Vaşinqton buradan İrana qarşı siyasətini inkişaf etdirəcək. Xüsusilə D. Trampin anti-İran siyasətində Ermənistandan istifadə edə bilər. Ermənistan həm İranla, həm də Rusiya ilə strateji tərəfdaşdı. İndi isə, ABŞ Ermənistandan hər iki ölkəyə qarşı istifadə edəcək. ABŞ təhlükəsizlik qüvvələri bir neçə gün bundan əvvəl, İran Ermənistan sərhəddindən çıxan Rusiya hərbçilərinin yerinə göndərilə bilər. Həmçinin ABŞ təhlükəsizlik qüvvələrindən "Zəngəzur" dəhlizinə nəzarət etməyi hədəfləməsi istisna deyil. Azərbaycan ABŞ -la siyasi əlaqələri inkişaf etdirərsə, ölkəmiz üçün problem olmayacaq. D.Tramp administrasiyası ilə rəsmi Bakı yeni bir siyasi dialoq qurmalıdır. ABŞ Azərbaycana siyasi dəstəyinin artırılmasına nail olmalıdır.Azərbaycan üçün region ölkələri ilə əməkdaşlıq platforması mümkün deyil. Çünki, Rusiya və İran Azərbaycana qarşı ciddi strateji səhvə yol verib.  Azərbaycan Qərblə yenidən  siyasi dialoqu inkişaf etdirməsi labüddür. 30 il ərzində həyata keçirilən "balans" siyasət yeni təhlükəsizlik çağırışlarına cavab vermir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri