ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiya Mərkəzi Bankının yüz milyardlarla dollarını müsadirə etmək üçün son cəhdi edir.
Bu barədə CNN telekanalı ABŞ administrasiyasının iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Qeyd olunub ki, Baydenin köməkçiləri avropalı tərəfdaşları Rusiyanın Avropa banklarında olan təxminən 300 milyard dollar həcmində dondurulmuş aktivlərinin yalnız sülh sazişi çərçivəsində açılacaq yeni eskrou hesaba köçürülməsini dəstəkləməyə razı salmağa çalışırlar.
Administrasiyanın yüksək vəzifəli məmurlarından biri bildirib ki, aktivlərin həbsi Moskvaya sadə bir mesaj olacaq - "əgər pullarınızı geri almaq istəyirsinizsə, müzakirə aparmalı olacaqsınız".
Telekanal vurğulayır ki, təşəbbüs ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə müzakirə edilib. Onlar müsadirə edilmiş pulların Rusiyanı danışıqlar masasına oturtmaq üçün yeni stimul verə biləcəyi düşüncəsi ilə bu strategiyanı dəstəkləyirlər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Yanvar 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















