Icma.az
close
up
RU
ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow”dan istifadəni təsdiqləyir

ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow”dan istifadəni təsdiqləyir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Co Baydenin administrasiyası Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərinin Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün istifadəyə icazə verib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Times” qəzeti Dauninq-stritdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrə məlumat verən mənbənin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və hökumət üzvləri Rusiyaya “döyüş meydanında strateji üstünlük” verməmək üçün “əməliyyat səbəbləri” ilə bağlı “Storm Shadow”la bağlı rəsmi açıqlama verməyəcəklər. Qeyd olunur ki, London bir neçə aydır ki, Rusiya Federasiyasının dərinliklərində “Storm Shadow” zərbələri üçün Vaşinqtondan icazə almağa çalışır. Nəşrin yazdığına görə, söhbət Britaniya raketlərindən getsə də, onların uğurlu istifadəsi Amerikanın buraxılış sistemləri olmadan mümkün deyil.

Eyni zamanda Starmerin müttəfiqləri “The Times” qəzetinə bildiriblər ki, Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raket zərbələrinin təsdiqlənməsi Ukraynadakı münaqişənin gedişatında əsaslı dəyişiklik yaratmayacaq. Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles də öz növbəsində bu raketlərin Rusiya Federasiyasına qarşı istifadəsinin “güclü siqnal” verəcəyi qənaətində olduğunu bildirib. Eyni zamanda, onun fikrincə, Almaniyanın “Taurus” qanadlı raketlərini Kiyevə təhvil verməsi daha mühüm addım olardı.

Noyabrın 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib.

“The Times” yazır ki, müvafiq qərar Vaşinqtonda mediaya sızmadan üç gün əvvəl verilib.

Çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi bildirib ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayəti ərazisinə ATACMS raketləri ilə hücum edib, onlardan beşi “Pantsir” və “S-400” sistemləri ilə vurulub, digəri isə zədələnib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirakdan sonra keçirilən mətbuat konfransında baş verənləri şərh edərkən: "Ukrayna Silahlı Qüvvələrinin Bryansk bölgəsinə ATACMS raketləri ilə endirdiyi zərbələr Qərbin eskalasiya istədiyinə işarədir", - deyə Qərbi hədələyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri