Icma.az
close
up
RU
ABŞ Rusiyanın dəstəyi ilə Avropa İttifaqını öz təsir dairəsində saxlamağa çalışır

ABŞ Rusiyanın dəstəyi ilə Avropa İttifaqını öz təsir dairəsində saxlamağa çalışır

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Əli Zülfüqaroğlu: “Rusiyanın Ukraynaya hücumları Vaşinqtonun maraqlarına xidmət edən vasitəyə çevrilir”

"Ukrayna məsələsi, həm də Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin gələcəyini müəyyən edəcək. Tərəflər, xüsusilə ABŞ, Rusiya, Avropa İttifaqı və Britaniya əsasən Ukraynadakı vəziyyətin həllinə deyil, öz maraqlarının qorunmasına yönəlmiş fəaliyyət yürüdürlır. Buna görə də məsələ kifayət qədər mürəkkəb xarakter daşıyır".
Bu fikirləri Redaktor.az-a Rusiya-Ukrayna müharibəsi haqqında danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
Müsahibimizin sözlərinə görə, Avropa İttifaqı və Britaniya çalışır ki, müharibə uzansın və ənənəvi strategiya yəni, Rusiyanın zəiflədilməsi, daxildən çökdürülməsi və hakimiyyət dəyişikliyi perspektivi davam etsin: “Amma Birləşmiş Ştatlar bu yanaşmanı dəstəkləmir. Vaşinqton Moskva ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. ABŞ, Rusiyanın dəstəyi ilə Avropa İttifaqını öz təsir dairəsində saxlamağa çalışır. Yəni, Avropa İttifaqının son illər müstəqil region kimi önə çıxmaq səyləri Vaşinqtonun maraqlarına cavab vermir.
Avropa İttifaqı da anlayır ki, Ukraynada münaqişə həll olunduqdan sonra ABŞ-nin təzyiqləri daha da güclənəcək.
Beləliklə, Ukrayna həm də tərəflərin maraqlarının təmin olunması üçün alətə çevrilir. Rusiya ilə ABŞ-nin yürütdüyü siyasət onu deməyə əsas verir ki, hər iki ölkə arasında pərdəarxası anlaşmalar əsasında müəyyən addımlar atılır.
Moskvanın hərbi hücumlarının artması Avropa İttifaqında təhlükə hissini gücləndirir və onu ABŞ-dən daha çox asılı vəziyyətə salır. Bu mənada Rusiyanın Ukraynaya hücumları həm də Vaşinqtonun maraqlarına xidmət edən vasitəyə çevrilir. Bütün bunlara görə, Ukrayna məsələsi ətrafında kifayət qədər mürəkkəb vəziyyət mövcuddur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri