ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Birləşmiş Ştatlar Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaları nəzərdən keçirir. Moskva Ukrayna böhranının həlli ilə bağlı təklifləri rədd etdiyi təqdirdə, bu sanksiyalar tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, yeni sanksiyalar sülh planına dair müzakirələr fonunda Moskvaya təzyiqi artırmaq üçün hazırlanır. Birləşmiş Ştatlar Rusiya neftinin nəqli üçün istifadə edilən “kölgə donanması” gəmilərini, habelə sanksiyalardan yan keçən ticarət şirkətlərini hədəfə almaq kimi variantları araşdırır.
Agentliyin həmsöhbətlərinin dediyinə görə, tədbirlər bu həftənin əvvəlində açıqlana bilər. Bununla belə, qərar Prezident Donald Trampdan asılıdır.
ABŞ-ın maliyyə naziri Skott Bessentin bu məsələni bir neçə gün əvvəl Avropa İttifaqı ölkələrinin 27 səfiri ilə müzakirə etdiyi də bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















