ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın enerji sektoruna qarşı növbəti sanksiyaların tətbiqi imkanını müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks" “The Washington Post”a (WP) istinadən məlumat verib.
"Cozef Bayden vəzifədə olduğu son həftələrdə Rusiyanın enerji sektoruna qarşı yeni ciddi sanksiyaları nəzərdən keçirir", - nəşr bildirib.
WP mənbələrinin fikrincə, bu addım gələcək seçilmiş Prezident Donald Trampın administrasiyasına Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar üçün daha çox təsir rıçaqları verərdi.
Nəşrin həmsöhbətlərinin məlumatına görə, ABŞ Rusiya neftini daşıyan "kölgə donanması"na, həmçinin daha əvvəl sanksiyalara məruz qalmayan Rusiya neft ixracatçılarına qarşı sanksiyalar tətbiq edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















