Icma.az
close
up
RU
ABŞ Rusiyanın pullarını qaytarmaq istəyir Avropa ilə Ağ Ev nədə razılaşmır?

ABŞ Rusiyanın pullarını qaytarmaq istəyir Avropa ilə Ağ Ev nədə razılaşmır?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Rusiyanın Avropada sanksiyalar səbəbindən “dondurulmuş” aktivlərini qaytarmaq istəyir. Vaşinqton bunu Ukrayna ilə bağlı sülh müqaviləsi imzalandıqdan sonra reallaşdırmağın tərəfdarıdır.

“AzPolitika” xəbər verir ki, bu barədə "Politico" nəşri “iki nüfuzlu diplomata” istinadla məlumat yayıb.

Diplomatların sözlərinə görə, Aİ-nin sanksiyalar üzrə nümayəndəsi Devid O'Sullivan bu yay Vaşinqtona səfər edərkən, ABŞ rəsmiləri ona açıq şəkildə bildiriblər ki, onlar hər hansı bir sülh planı imzalandıqdan sonra aktivləri Rusiyaya qaytarmağı planlaşdırırlar.

Bununla belə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen aktivlərdən Ukraynanı maliyyələşdirmək üçün istifadə planlarını həyata keçirməyə çalışır.

O'Sullivanın səfərindən qısa müddət sonra, 10 sentyabrda Leyen Aİ-nin aktivlərdən Ukraynanı maliyyələşdirmək üçün təzminat krediti vasitəsilə istifadə etməyi planlaşdırdığını açıqlayıb. Bu isə diplomatların sözlərinə görə, “Rusiya aktivlərinə Avropa möhürü vurmaq cəhdidir”.

Noyabr ayında sızdırılan Trampın 28 maddəlik sülh planına görə, Rusiya aktivlərinin 100 milyard dolları ABŞ-nin rəhbərlik etdiyi "Ukraynada yenidənqurma və investisiya səylərinə" investisiya kimi qoyulmalı idi. Planda təklif olunan qalan vəsait "ayrı ABŞ-Rusiya mexanizmi"nə yönəldilməli idi.

Bir neçə diplomatın fikrincə, bu məqam planın sızmasından sonra gərginlik mənbəyinə çevrilib. Aİ rəsmiləri ABŞ-nin Rusiya aktivlərinin bir hissəsini (hətta nominal olaraq Ukraynanın yenidən qurulması üçün olsa belə) qəbul edib qalan hissəsini Rusiya ilə bölüşdürməsi perspektivindən qəzəblərini ifadə ediblər.

Məlum olduğu kimi, Belçika hesab edir ki, Avropa Komissiyasının Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək "təzminat kreditləri" vermək üçün lobbiçilik sxemi kökündən qüsurludur və Belçika hakimiyyətinin əvvəllər səsləndirdiyi ehtiyatları nəzərə almır.

Daha əvvəl mediada bildirilirdi ki, Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Ukraynaya təzminat krediti vermək barədə razılığa gələ bilmədikləri təqdirdə "B planı" hazırlayırlar ki, Ukrayna 2026-cı ilin əvvəlində maliyyəsiz qalmasın. Son məlumatlara görə isə Avropa Mərkəzi Bankı Aİ-nin Rusiya aktivlərindən Ukraynaya 140 milyard dollar verilməsi təklifini qəbul etməyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri