“ABŞ RUSİYANIN QƏBUL EDƏ BİLƏCƏYİ ŞƏRTLƏR TƏKLİF EDİB” Bəzi detallar açıqlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukrayna müharibəsini bitirməyin ilkin mümkün şərtlərilə bağlı bəzi detallar məlum olub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Vaşinqtondan “məqbul” hesab etdiyi təkliflər aldığını bildirib.
Xarici medianın yazdığına görə, təşəbbüs Ukraynada müharibənin mümkün sona çatması kontekstində müzakirə olunur və iki ölkə arasında diplomatik təmaslarda vurğunun dəyişməsini göstərə bilər.
Polşanın “Onet” nəşri ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Uitkoffun Moskvaya təqdim etdiyi sənədin məzmunu ilə tanış olduğunu iddia edib. Nəşrin yazdığına görə, bu, Rusiya və Ukrayna arasında tam hüquqlu sülh sazişi imzalanmadan atəşkəs rejimini nəzərdə tutan sazişdir.
İşğal olunmuş ərazilərin statusu məsələsinin, ola bilsin, onilliklər ərzində müvəqqəti olaraq dondurulacağı, eləcə də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaların tədricən ləğv ediləcəyi gözlənilir.
Nəşr həmçinin, Rusiyanın Avropaya enerji təchizatının bərpasının mümkünlüyündən və NATO-nun genişlənməsinə dair yazılı təminatların olmamasından bəhs edir. Eyni zamanda, sənəddə ABŞ-nin Ukraynaya hərbi yardımı davam etdirmək niyyətinin qaldığı iddia edilsə də, bununla bağlı heç bir ciddi öhdəlik götürülmür.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















