Icma.az
close
up
RU
ABŞ Rusiyanın “qələbə gününü” dünən sildi: Kreml üçün ən ağır gün...

ABŞ Rusiyanın “qələbə gününü” dünən sildi: Kreml üçün ən ağır gün...

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən düz 17 il sonra “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması, ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciət, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı anlaşmanın 8 avqustda, Vaşinqtonda imzalanması ABŞ-ın dövlət yaddaşının nə qədər güclü olduğunun göstəricisidir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O xatırladıb ki, Rusiya 8 avqust 2008-ci ildə Gürcüstana müdaxilə edərək 20 faizini işğal etdikdən sonra Cənubi Qafqazın sahibinə çevrildiyini güman edirdi:

“Cənubi Qafqaz uğrunda mübarizədə Rusiyanı Moskva üçün çox əlamətdar olan bir tarixdə - 8 avqustda məğlub etdilər.

TRIPP Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxmasına təsir baxımından “Əsrin Müqaviləsi”ndən sonra ikinci ən böyük hadisə olaraq Mərkəzi Asiya və Şimali Qafqazın geosiyasi yönümünü də tədricən dəyişə bilər. Belə demək olar ki, 8 avqust bundan sonra Rusiyanın postsovet məkanında məruz qaldığı ən ağır məğlubiyyətlərdən birinin tarixi olaraq anılacaq.

8 avqust Rusiya ilə yanaşı İranın da Cənubi Qafqazda ağır məğlubiyyətidir. Bu isə o deməkdir ki, çox yaxın zamanlarda İranın daxilində Güney Azərbaycan faktorunu gücləndirəcək.

Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılaraq Qafqaz dağlarının arxasına atılması üçün Gürcüstandan da çıxarılması lazımdır. Vaşinqtonun növbəti hədəfi Rusiya və Çinin Gürcüstan üzərində təsirini aradan qaldırılmaq, Abxaziyanın azad edilməsi olmalıdır”.

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri