Icma.az
close
up
RU
ABŞ Rusiyanın təcavüzü ilə bağlı cinayətləri araşdırmayacaq

ABŞ Rusiyanın təcavüzü ilə bağlı cinayətləri araşdırmayacaq

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ Rusiyanın Ukraynaya təcavüzü səbəbindən baş verən cinayətləri və bu işə görə məsuliyyət daşıyanlarla bağlı araşdırma aparmaq üçün yaradılmış çoxmillətli işçi qrupundan çıxır. Bu barədə ABŞ Ədliyyə Nazirliyi Avropa rəsmilərini gizli şəkildə məlumatlandırıb.
Reyting.az
bildirir ki, bu barədə “New York Times” nəşri vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb.
Qeyd olunur ki, ABŞ-nın 2023-cü ildə qoşulduğu Ukraynaya qarşı təcavüz cinayətinə görə beynəlxalq təqib qrupundan çıxmaq qərarı Tramp administrasiyasının prezident Baydenin Putini ukraynalılara qarşı törədilmiş cinayətlərə görə şəxsən məsuliyyətə cəlb etmək öhdəliyindən geri çəkilməsinə son işarədir.
Xatırladaq ki, qrup Rusiya hakimiyyətini, habelə onların Belarus, Şimali Koreya və İrandakı müttəfiqlərini beynəlxalq hüquqa əsasən təcavüzkar kimi müəyyən edilən, başqa ölkənin suverenliyini pozan və özünümüdafiə məqsədi daşımayan cinayətlərə görə məsuliyyət daşımaq üçün yaradılıb.
Məlumatlı mənbələr bildiriblər ki, qərar bazar ertəsi “Eurojust” əməkdaşlarına və üzvlərinə elektron poçtla elan ediləcək.
Nəşr yazır ki, ABŞ Avropadan kənarda qrupla əməkdaşlıq edən yeganə ölkədir və Ukrayna, Baltikyanı ölkələr və Rumıniya müstəntiqləri ilə işləmək üçün Ədliyyə Naziliyinin yüksək rütbəli prokurorunu Haaqaya göndərib.
Tramp administrasiyası istintaq qrupunu tərk etmək üçün heç bir səbəb göstərməyib.
Bundan əlavə, Tramp 2022-ci ildə o zamankı baş prokuror Merrik B. Qarland tərəfindən yaradılmış və təcrübəli prokurorlardan ibarət Müharibə Cinayətləri üzrə Hesabat Qrupunun gördüyü işləri azaldır. O, Ədliyyə Nazirliyinin Ukraynada törədilən vəhşiliklərə görə cavabdeh olan rusları məsuliyyətə cəlb etmək səylərini əlaqələndirib.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri