Icma.az
close
up
RU
ABŞ Rusiyanın xahişinə yox demədi Xüsusi nümayəndə Moskvaya gedir

ABŞ Rusiyanın xahişinə yox demədi Xüsusi nümayəndə Moskvaya gedir

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya səfəri 6-7 avqust tarixlərində baş tutacaq. Trampın Rusiyaya verdiyi möhlətin bitməsinə az qalmış belə bir səfərin keçirilməsi diqqət çəkir. 


Bu səfər Rusiya ilə bağlı hansı dəyişikliklərə səbəb ola bilər və Moskva mövqeyindən geri çəkilə bilərmi?


Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi möhlətin sonunun yaxınlaşdıqca tərəflər arasında diplomatik təmasların intensivləşməsinin gözlənildiyini deyib. 


Onun sözlərinə görə, bu həftənin 3-cü və ya 4-cü günü Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvaya səfəri də bu təmasların göstəricisidir:

“Məlumatlara görə, təşəbbüs Rusiyadan gəlib və Kreml Vaşinqtonla bir sıra məsələləri müzakirə etmək niyyətindədir. Baxmayaraq ki, bu görüşün və möhlətin sona çatmasının Rusiya-Ukrayna müharibəsində köklü dəyişiklik yaradacağı ehtimal olunmur. Çünki hazırda Tramp ilə Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq prezident Dmitri Medvedev arasında söz dueli davam edir. Sosial şəbəkələr üzərindən qarşılıqlı sərt açıqlamalar səslənir. Medvedevin emosional və qeyri-adekvat bəyanatları Tramp tərəfindən əsəblə qarşılanır, bu isə onun reaksiyalarından aydın görünür”.

Politoloq qeyd edib ki, Uitkofun səfəri tərəflərin mövqelərinin qarşılıqlı çatdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq:

“Əgər Rusiya ABŞ-nin irəli sürdüyü şərtlərin heç olmasa bir hissəsini qəbul etməsə, ilkin mərhələdə ikinci dərəcəli sanksiyaların tətbiqi, sonrakı mərhələdə isə daha sərt addımlar atılması mümkündür”.

Qasımov hazırda həm Avropa İttifaqının, həm də NATO ölkələrinin Trampı Rusiyaya münasibətdə daha qətiyyətli mövqe tutmağa təşviq etdiyini əlavə edib. 

O bildirib ki, onlar ABŞ prezidentinin Ukrayna məsələsində yumşaq yanaşmasını sərt siyasətlə əvəz etməsini istəyirlər:

“Bu səbəbdən ötən günlərdə keçirilən NATO toplantısında və Şotlandiyada baş tutan Avropa İttifaqı rəhbərliyi ilə görüşdə də Avropa tərəfinin müəyyən güzəştlərə getməsinin əsas səbəblərindən biri ABŞ-nin Avropadakı təhlükəsizlik zəmanətini geri çəkməməsi ilə yanaşı, həm də Vaşinqtonun Rusiya-Ukrayna müharibəsində fəal iştirakını davam etdirməsi və Kiyevə dəstəyi gücləndirməsi ilə bağlıdır”.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri