Icma.az
close
up
RU
ABŞ sahillərində 9 ballıq zəlzələ və nəhəng sunami XƏBƏRDARLIĞI

ABŞ sahillərində 9 ballıq zəlzələ və nəhəng sunami XƏBƏRDARLIĞI

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Sakit okean sahillərində yerləşən Kaskadiya subduksiya zonasının yaxın gələcəkdə aktivləşməsi nəticəsində bölgədə dağıdıcı təbii fəlakətin baş verəcəyi ehtimal edilir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan yeni tədqiqatda bildirilir.

Virciniya Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya əsasən, Kaskadiya zonasının aktivləşməsi zamanı 9 bal gücündə zəlzələ baş verə və nəticədə 30 metrdən yüksək sunami dalğaları yarana bilər. Zəlzələ nəticəsində sahilyanı ərazilər cəmi bir neçə dəqiqə ərzində 1,9 metrədək çökə bilər.

Mütəxəssislərin hesablamalarına görə, belə bir hadisə baş verərsə:

- 14 350 nəfər əlavə olaraq sel riskinə məruz qala bilər;

- 22 500 bina və 777 mil yol su altında qala bilər;

- Məktəblər, xəstəxanalar, polis və yanğınsöndürmə məntəqələri də daxil olmaqla, vacib infrastruktur obyektlərinə zərər dəyə bilər;

- 57 potensial çirklənmə mənbəyi (yanacaqdoldurma məntəqələri, tullantıemalı müəssisələri və s.) təhlükə altına düşə bilər.

Tədqiqat müəlliflərindən biri, Yer elmləri üzrə dosent Tina Duranın sözlərinə görə, bu cür zəlzələnin yaratdığı dəyişikliklər sahilyanı ərazilərin coğrafiyasına və torpaq istifadəsinə uzunmüddətli təsirlər göstərə bilər.

Qeyd edək ki, Kaskadiya zonasında son böyük zəlzələ 1700-cü ilin 27 yanvarında baş vermiş və onun nəticəsində yaranan sunami dalğaları Yaponiyaya qədər çatmışdı.

Hazırda bu ərazidə növbəti 50 il ərzində 8 və daha yuxarı bal gücündə zəlzələnin baş vermə ehtimalı 15% olaraq qiymətləndirilir. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, iqlim dəyişikliyi səbəbindən qlobal dəniz səviyyəsinin yüksəlməsi fəlakətin nəticələrini daha da ağırlaşdıra bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:367
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri