ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib VİDEO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınmasında şübhəli bilinən və içərisində iki nəfərin olduğu gəmiyə zərbə endirdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə SOUTHCOM "X" sosial şəbəkəsində məlumat yayıb.
"Təsdiqlənmiş kəşfiyyat məlumatları sübut etdi ki, həmin su nəqliyyatı vasitəsi narkotrafik məqsədilə fəal şəkildə istifadə olunub. Həyata keçirilən əməliyyat nəticəsində iki narkoterrorçu məhv edilib", - deyə açıqlamada qeyd olunur.
Komandanlıq, həmçinin hədəfə zərbə endirilməsi anını əks etdirən və ardınca gəminin alışaraq yanması ilə nəticələnən videoyazını da ictimaiyyətə təqdim edib. /oxu.az/
Bu mövzuda digər xəbərlər:ABŞ yenidən Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
04 İyun 2026 07:19
ABŞ Sakit okeanda narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib
22 Oktyabr 2025 23:05
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib
25 Aprel 2026 06:35
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib
27 May 2026 05:45
ABŞ Sakit okeanda narkotacirlərə məxsus gəmiyə zərbə endirib
06 Fevral 2026 07:16
Baxış sayı:128
Bu xəbər 24 Avqust 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















