ABŞ sanksiyaları Macarıstanı Xorvatiyadan enerji asılılığına məcbur edə BİLƏR
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Rusiya enerji sektoruna qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar Macarıstanı uzun müddətdir çəkinməyə çalışdığı addımı atmağa - Xorvatiyaya müraciət etməyə məcbur edə bilər.
Redaktor.az bu haqda "Politico" nəşrinə istinadla məlumat verir.
Müstəqil “Political Capital” analitik mərkəzinin direktoru Peter Kreko bildirib ki, “Macarıstanın baş naziri Viktor Orban indiyədək Rusiya neftindən imtina etməmək üçün əlindən gələni edib. Lakin yeni sanksiyalar qüvvəyə minərsə, Budapeşt real alternativlər barədə ciddi düşünməli olacaq”.
Məqalədə qeyd olunur ki, Rusiyadan enerji asılılığının azaldılması Macarıstanın Xorvatiya ilə münasibətlərindəki gərginliyi aradan qaldırmasını tələb edə bilər. Budapeşt uzun illərdir Zaqrebi “ixrac məhsullarının tranzitinə görə yüksək və ədalətsiz rüsumlar tətbiq etməkdə” və “boru kəməri sisteminin Macarıstanın neft tələbatını ödəməyə fiziki cəhətdən yararsız olmasında” ittiham edir.
Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar isə bu ittihamları əsassız adlandırıb. Onun sözlərinə görə, “bu iddialar köhnədir və reallığa uyğun gəlmir”. Nazir hesab edir ki, Macarıstan tərəfinin bu açıqlamaları “Rusiya neftini almağa bəhanə yaratmaq cəhdidir”.
Aytəkin TOFİQQIZI
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:73
Baxış sayı:73 Bu xəbər 31 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















