Icma.az
close
up
RU
ABŞ sanksiyalarına baxmayaraq Hindistan Rusiyadan neft almağa davam edəcək

ABŞ sanksiyalarına baxmayaraq Hindistan Rusiyadan neft almağa davam edəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Hindistanın dövlətə məxsus neft emalı zavodları ABŞ-ın yeni sanksiyalarına baxmayaraq Rusiya neftinin idxalını davam etdirmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, şirkətlər “Rosneft” və “Lukoyl”a qarşı tətbiq edilən Amerika məhdudiyyətlərindən yayınmaq üçün kiçik rusiyalı tədarükçülərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Mənbələrin verdikləri məlumata görə, dövlət şirkətləri "Indian Oil", "Bharat Petroleum" və "Hindustan Petroleum" hazırda "Urals" markalı neftin alışını müvəqqəti dayandırıblar və hökumətdən əlavə izahat gözləyirlər. Onlar sanksiya tətbiq olunmamış Rusiya şirkətlərindən hansı həcmdə neft almağın mümkün olduğunu və “Rosneft”in tədarüklərinin vasitəçilər üzərindən həyata keçirilib-keçirilməyəcəyini araşdırırlar.

Nəşrin yazdığına əsasən, 2024-cü ildə Hindistana göndərilən Rusiya neftinin 80 faizdən çoxu məhz sanksiyalara məruz qalmış şirkətlərin payına düşüb.

Özəl sektorun nəhəngi "Reliance Industries" — Hindistanda "Urals" neftinin ən böyük alıcısı — artıq alternativ mənbələr axtarışına başlayıb və xammalı Yaxın Şərqdən və ABŞ-dan alır.

İstisna təşkil edən yeganə şirkət isə qismən "Rosneft"ə məxsus olan "Nayara Energy"-dir. Bu şirkət Avropa və Böyük Britaniya sanksiyalarına baxmayaraq idxalı əvvəlki kimi davam etdirir.

Hindistan hökuməti hələlik rəsmi göstəriş verməyib, ikinci dərəcəli sanksiyalar riskləri ilə Rusiya ilə enerji əməkdaşlığını qorumaq istəyi arasında balans axtarır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri