Icma.az
close
up
RU
ABŞ “Şaquli Dəhliz”lə Azərbaycan qazına veto qoyub ŞƏRH

ABŞ “Şaquli Dəhliz”lə Azərbaycan qazına veto qoyub ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Analitik vurğulayıb ki, Vaşinqtonun siyasi məntiqi başqa istiqamətdə hərəkət edir

“Avropa isə Azərbaycanı tamam başqa prizmadan görür. Avropa İttifaqı üçün TAP və TANAP sadəcə boru kəmərləri deyil, yeni enerji balansının təməl dayaqlarıdır”

Avropanın enerji dairələrində "Şaquli Dəhliz" ideyası ilk dəfə ortaya atılanda bu layihə sırf praqmatik addım kimi qarşılanmışdı. Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova Avropaya qaz tədarükünü siyasi diktə ilə deyil, bazar prinsipləri əsasında təmin edəcək marşrut qururdu. Lakin 2025-ci ilin payızında bu incə tənzimlənmiş mexanizm gözlənilmədən Vaşinqton tərəfindən dayandırıldı.

ABŞ-nin gətirdiyi arqumentlər o qədər açıq səsləndi ki, arxasındakı niyyəti gizlətmək artıq mümkünsüz idi. Amerika tərəfi öz şirkətləri üçün Ukraynanın maye qaz bazarına eksklüziv giriş tələb etdi. Əslində bu, Avropaya onun enerji təhlükəsizliyi üçün təqdim olunmuş hesab idi. Amma məsələ təkcə bununla bitmir. Vaşinqtonun əsas məqsədi 2025-2026-cı ilin qışı ərəfəsində Dunaydan Balkanlara qədər olan məkanda öz maye qazının prioritetini möhkəmləndirməkdir. ABŞ yaxşı görür ki, "yaşıl keçid" şüarlarına baxmayaraq, Avropada qaz tələbatı sabit qalır, Rusiyaya alternativ boru kəmərləri isə məhduddur. Məhz bu şəraitdə Azərbaycan ön plana çıxır. Çünki o, sabitlik, rəqabətədavamlı qiymət və siyasi asılılıqdan uzaq yeganə təchizatçıdır.

Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, yunan rəsmiləri ehtiyatla danışsalar da, faktiki olaraq təsdiqlədilər ki, ABŞ "Şaquli Dəhliz"lə Azərbaycan qazının tranzitinə veto qoyub. Onun sözlərinə görə, səbəb sadədir: "TAP xətti ilə Yunanıstana gələn qazın maya dəyəri Amerika maye qazından xeyli ucuzdur. Bu, Vaşinqton üçün ağrılı məqamdır, xüsusilə də ABŞ Şərqi Avropa qaz bazarında üstünlüyü ələ keçirmək istəyərkən. Əlavə olaraq, ABŞ strukturları "Azərbaycan qazına guya rus qazının qarışdırıldığı" versiyasını dövriyyəyə buraxaraq vəziyyəti qızışdırmağa cəhd etdilər. Lakin bu iddia tezliklə iflasa uğradı. Avropa Komissiyası açıqladı ki, belə "qarışıq" texniki cəhətdən mümkün deyil və bu barədə heç bir sübut yoxdur.

Avropa analitik mərkəzləri xatırladır ki, Azərbaycan hər il 25 milyard kubmetrdən çox qaz və 24 milyon tonadək neft hasil edir. Ölkə təkcə özünü təmin etmir, həm də onilliklərdir Avropaya alternativ enerji mənbəyi təqdim edərək bazarı sabit saxlayır. SOCAR hazırda Avropaya hər il təxminən 10 milyard kubmetr qaz nəql edir, TAP-ın ötürücülük gücünün yaxın illərdə 20 milyarda çatdırılması isə Cənubi Avropanın enerji arxitekturasında tamamilə yeni mərhələ açacaq".

Analitik vurğulayıb ki, Vaşinqtonun siyasi məntiqi başqa istiqamətdə hərəkət edir: "ABŞ, Avropaya ən iri maye qaz tədarükçüsü kimi, boru kəməri ilə gələn hər cür rəqabəti minimuma endirmək niyyətindədir. Çünki boru ilə qaz nəqli həm ucuz, həm sabit, həm də texnoloji cəhətdən etibarlıdır. Rusiya qaz ixracının 2021-ci ildəki 140 milyard kubmetrdən 2025-ci ildə 50 milyarda enəcəyi gözlənildiyi bir vaxtda Azərbaycan üçün yeni imkan pəncərəsi açılır. ABŞ isə bunu öz iqtisadi maraqlarına təhdid kimi qiymətləndirir. Afinada "Naftoqaz" və "Atlantic-See LNG Trade" arasında imzalanmış saziş Vaşinqton üçün təzyiq vasitəsinə çevrildi. Müqavilə Ukraynaya Amerika maye qazının məhz "Şaquli dəhliz" infrastrukturu vasitəsilə çatdırılmasını nəzərdə tutur. Beləliklə, əvvəllər Avropanın enerji mənbələrinin şaxələndirilməsi üçün nəzərdə tutulan marşrut indi ABŞ-nin maye qaz terminallarını yükləmək üçün alətə çevrilib. Siyasi fonda isə mənzərə daha da gərgindir. Qarabağ müharibəsində qələbədən sonra Azərbaycanın regional çəkisi artıb, Xəzər hövzəsi Avrasiya logistikası üçün strateji qovşağa çevrilib. ABŞ, Rusiya və Çin arasında rəqabət dərinləşdikcə, Vaşinqton üçün Bakı həm tərəfdaş, həm də potensial rəqibə çevrilir. ABŞ üçün əsas məsələ Azərbaycanın müstəqil enerji mərkəzinə çevrilməsinin qarşısını almaqdır".

E.Alıoğlu qeyd edib ki, Avropa isə Azərbaycanı tamam başqa prizmadan görür: "Avropa İttifaqı üçün TAP və TANAP sadəcə boru kəmərləri deyil, yeni enerji balansının təməl dayaqlarıdır. ABŞ üçün isə bunlar nəzarətdə saxlanılmalı vasitələrdir. SOCAR qazının Ukraynaya tədarükünə maneə yaradılması qərarı iqtisadi deyil, siyasi motivlərlə bağlıdır. O, faktlara əsaslanmır, texniki reallıqları nəzərə almır və Avropanın enerji təhlükəsizliyi prinsiplərinə ziddir. Avropa qurumları açıq şəkildə bildirir ki, TAP Azərbaycanın daxili qaz sisteminə qoşulmur, deməli, "qarışıq qaz" haqqında deyilənlər sadəcə bəhanədir. Bütün mənzərəyə ümumi baxış bir nəticəni göstərir. Azərbaycan Avropa üçün Rusiyadan asılı olmayan yeganə quru qaz mənbəyidir. "Cənub Qaz Dəhlizi" artıq öz etibarlılığını sübut edib. ABŞ-nin "Şaquli dəhliz"də Azərbaycan qazının istifadəsini məhdudlaşdırmaq qərarı formal olaraq Bakıya qarşı yönəlməsə də, mahiyyət etibarilə Amerika kommersiya maraqlarının müdafiəsidir. Amma bu addım regionda enerji balansını poza, Avropanın şaxələndirmə planlarına zərbə vura və nəhayət, Vaşinqtonun qorumağa söz verdiyi təhlükəsizlik sistemini zəiflədə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri