Icma.az
close
up
RU
ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir: Politoloq Şahin Cəfərli

ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir: Politoloq Şahin Cəfərli

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli yazıb.

O bildirir ki, Pensilvaniya, Corciya, Şimali Karolina, Miçiqan, Arizona, Viskonsin və Nevada:-səsvermə bitdikdən sonra məhz buralardakı nəticələrə diqqət etmək lazımdır.

“Bu ştatlarda Seçicilər Kollegiyasına ümumən 94 nümayəndə seçiləcək. Digər 43 ştatda isə nəticələr məlumdur. (Yalnız 1 ştat – Ayovada sürpriz ola biləcəyi deyilir, amma çox zəif ehtimaldır). Hazırda 43 ştat üzrə nəticə belədir: Kamala Harris – 226 nümayəndə, Donald Tramp – 219 nümayəndə.”,- deyə Cəfərli deyib.

Şahin Cəfərli “Seçicilər Kollegiyası” nədir, aydınlıq gətirib:

“ABŞ-da prezident xalq tərəfindən birbaşa seçilmir və ölkə üzrə kimin çox səs alması həlledici əhəmiyyət daşımır. Prezidenti Seçicilər Kollegiyası adlanan 538 nəfərdən ibarət formal orqan seçir və oraya azı 270 nümayəndə göndərən namizəd qalib sayılır. Seçkidə xalqın rolu budur ki, Seçicilər Kollegiyasına nümayəndələri vətəndaşlar seçir. Hər ştat Kollegiyaya əhalisinin sayına uyğun olaraq nümayəndə göndərir: əhalisi çox olanlar çox, az olanlar az. Bir namizəd digərindən hətta cəmi 1 səs üstün olarsa, həmin ştatın bütün nümayəndələrini o qazanmış olur. (Nebraska və Men istisnadır). Əslində sırf hüquqi baxımdan ştat nümayəndələri Seçicilər Kollegiyasında istədikləri namizədə səs verə bilər, qanunda hər hansı məcburiyyət yoxdur. Amma ənənəyə və presedentə uyğun olaraq (anqlo-sakson hüququ) Seçicilər Kollegiyasının üzvləri adətən xalqın seçiminə uyğun səs verirlər, yəni faktiki olaraq vətəndaşların qərarını təsdiqləyirlər. Bu arxaik sistem hazırda respublikaçıların maraqlarına daha çox cavab verir. Çünki demokratlar və onlara meyl edənlər sayca daha çoxdur. Məsələn, yaxın tarixin demokratlar üçün ən böyük fiaskolarından biri olan 2016-cı il seçkilərində H.Klinton ölkə üzrə Trampdan 3 milyon çox səs almışdı. Dünyada olduğu kimi, ABŞ-da da ölkə üzrə sadə çoxluq sistemi tətbiq olunsa, respublikaçıların prezident seçkilərində qələbə şansı həddən artıq azalmış olar.”,- o, bildirib.

Politoloq həmçinin 7 ştat üzrə keçirilən bütün sorğularda tərəflərin bir-birindən üstünlüyü sorğuların xəta payı içərisində olduğunu da deyib:

“Bu o deməkdir ki, hər iki namizədin şansı bərabərdir. Bəzi ştatlarda qələbə çox minimal üstünlüklə, hətta 0,1 – 0,2% fərqlə əldə oluna bilər. Bu halda, nəticələrin mübahisələndirilməsi, məhkəmə iddiaları qaldırılması, səslərin sayılması prosesinin uzanması mümkündür. Ən kritik bölgə 19 nümayəndənin seçiləcəyi Pensilvaniyadır. Burada ölkənin ilk paytaxtı Filadelfiya şəhəri yerləşir. Pensilvaniya, Miçiqan və Viskonsin ölkənin orta qərbində yerləşən sənaye zonasıdır, bura obrazlı olaraq “paslı qurşaq” adlandırılır. Corciya, Şimali Karolina, Arizona və Nevada isə ölkənin cənub, cənub-qərb hissəsində yerləşir və öz iqliminə görə “Günəş qurşağı” adlandırılır. “Paslı qurşaq”da qazanan çox böyük ehtimalla seçkinin qalibi olacaq.”

Qeyd edək ki, bu gün Nümayəndələr Palatasındakı bütün yerlərə (435) və Senatın üçdə birinə (34) də seçki keçirilir. Həmin 34 senatordan 23-ü demokratdır, bu səbəblə demokratların hazırda Senatda olan minimal üstünlüklərini qorumaları çox çətin vəzifə kimi görünür. Senatda minimal üstünlük bu dəfə respublikaçılara keçə bilər. Aşağı palatanı isə demokratların az fərqlə qazanacağı ehtimal edilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri