ABŞ səfiri Barrak Suriyada aviabazaya hücumlarda İsraili günahlandırıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Suriyanın “Əl-Duhur” aviabazasına hücumları lazımsız eskalasiyadır və regional sabitliyə töhfə vermir.
APA xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “X” hesabında yazıb.
O bildirib ki, Suriya hökuməti nə “təcavüzkar” mövqedən çıxış edir, nə də proksi qüvvələrin nəzarətindədir.
Barrakın sözlərinə görə, Suriya İsraillə münasibətlərdə deeskalasiyaya üstünlük verdiyini dəfələrlə nümayiş etdirib.
ABŞ səfiri hazırda qüvvədə olan deeskalasiya razılaşmalarının bütün əlaqəli tərəflərlə dialoq nəticəsində ərsəyə gəldiyinə toxunub.
“Amerika Birləşmiş Ştatları hələ də təmkin və qarşılıqlı əlaqənin daha konstruktiv bir kurs olduğuna inanır. Bütün tərəfləri gələcək hərbi hadisələrə deyil, məntiqi mülahizələrə üstünlük verməyə çağırırıq”, - Tom Barrak qeyd edib.
Xatırladaq ki, Suriyanın İdlib bölgəsində “Əl-Duhur” aviabazasına 8 zərbə endirilib. Suriya hökuməti hücumlarda İsraili günahlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Avqust 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















