ABŞ səfirliyi: Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra Azərbaycanla münasibətlər daha da vacibdir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 8-də prezident Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Rendi Koul “İllik Məzunlar Qalası”nda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün biz bu qalada ABŞ-da təhsil almış məzunları qarşılayırıq. Bunun üçün çox həyəcanlıyıq. Çünki, bu məzunlar ABŞ hökumətinin Azərbaycan xalqı ilə əlaqələr qurmasına kömək edir. Xüsusilə də, avqustun 8-də prezident Trampın vasitəçiliyi ilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra bizim Azərbaycanla münasibətlərimiz həmişəkindən daha əhəmiyyətli hal alıb. Azərbaycanın Gəncə, Lənkəran, Şəki və digər şəhərlərində olan məzunlar sülh razılaşmasını reallığa çevirmək üçün çox vacib rol oynayır”,- Rendi Koul qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















