ABŞ səfirliyindən erməni qadınlarına gözlənilməz xəbərdarlıq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ-nin İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarından doğuş üçün ABŞ-yə ziyarət vizası ilə gəlməməyi xahiş edib.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.
"ABŞ ziyarətçi vizası ilə doğuş turizminə icazə verilmir", - səfirlik qeyd edib.
Ermənistan sakinlərinə xəbərdarlıq edilib ki, konsulluq əməkdaşları belə niyyətlərdən şübhələndikləri təqdirdə viza verməkdən imtina edə bilərlər.
Qeyd edək ki, ABŞ ərazisində doğulan hər kəsin vətəndaşlıq hüququ ölkə Konstitusiyasında 14-cü düzəlişlə təmin edilir. ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən qısa müddət sonra müvafiq hüququ məhdudlaşdıran bir sərəncam verib. Lakin Sietl məhkəməsi sərəncamı qanunsuz hesab edib.
Bu mövzuda digər xəbərlər:ABŞ Səfirliyindən vətəndaşlarına xəbərdarlıq
12 Sentyabr 2025 13:33
ABŞ səfirliyindən xəbərdarlıq: “Yenilənmələr aparılmayacaq”
01 Oktyabr 2025 10:16
ABŞ səfirliyindən yalan danışan ermənilərə xəbərdarlıq
06 İyul 2025 12:31
Gürcüstanda bu ticarət mərkəzləri partladıla bilər ABŞ səfirliyindən xəbərdarlıq
07 May 2025 20:38
ABŞ səfirliyindən viza xəbərdarlığı
19 Sentyabr 2025 16:15
Baxış sayı:58
Bu xəbər 25 May 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















