Icma.az
close
up
RU
ABŞ Senatı 10 cu dəfə hökumətin maliyyələşdirmə ilə bağlı qanun layihəsini rədd edib

ABŞ Senatı 10 cu dəfə hökumətin maliyyələşdirmə ilə bağlı qanun layihəsini rədd edib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Senatı son həftələrdə 10-cu dəfə qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan Respublikaçılar tərəfindən irəli sürülən qanun layihəsini rədd edib.

"Report" xəbər verir ki, iclası C-SPAN telekanalı yayımlayıb.

Prosedur səsverməsi zamanı Respublikaçılar tərəfindən hazırlanmış və əvvəllər Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsini yuxarı palatanın 51 üzvü dəstəkləyib, 45 nəfər isə əleyhinə səs verib. Qeyd edək ki, qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.

Beləliklə, Demokratlar Senat çoxluğunun lideri Con Tyunun (Cənubi Dakota ştatı) təklif etdiyi qanun layihəsini təsdiqləmək və daha sonra hər iki partiyanın hələ də razılığa gəlmədiyi xərc maddələrini ayrıca qanun layihəsində nəzərdən keçirmək təklifini rədd ediblər. Senat daha əvvəl hökuməti maliyyələşdirməyə davam etmək üçün Demokratlar tərəfindən irəli sürülən qanun layihəsini ən azı yeddi dəfə rədd edib.

ABŞ federal hökumətinin işinin qismən dayandırılması (şatdaun) yerli vaxtla oktyabrın 1-i gecə yarısı (Bakı vaxtı ilə 08:00) maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birini şatdauna təhrik etməkdə və siyasi məqsədlər üçün maliyyələşdirilməsinin dayandırılması müddətini uzatmaqda ittiham edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Oktyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri