ABŞ Senatı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni rədd etdi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Aprelin 15-də ABŞ Senatı prezidentin Konqresin təsdiqi olmadan hərbi əməliyyat aparmasını məhdudlaşdıran qətnaməni rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, 47 senator qətnamənin lehinə, 52 qanunverici isə əleyhinə səs verib. Məlumata görə, senatorların mövqeyi əsasən partiya xətti üzrə bölünüb.
Bildirilib ki, qətnaməni dəstəkləyən yeganə respublikaçı senator Rend Pol, əleyhinə səs verən yeganə demokrat isə Con Fetterman olub.
Qeyd edilib ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Demokrat senatorlar bu təşəbbüsü artıq dördüncü dəfə təqdim ediblər.
ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyətinin Konqresə aid olmasına baxmayaraq, hər iki partiyanın nümayəndələri bu məhdudiyyətin qısamüddətli hərbi əməliyyatlara və ya ölkənin birbaşa təhlükə altında olduğu hallara şamil edilmədiyini bildirirlər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 Aprel 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















