Icma.az
close
up
RU
“ABŞ “Şimal axını 2“ qaz kəmərinin yenidən işə salınması planı üzərində işləyir“ “Financial Times“

“ABŞ “Şimal axını 2“ qaz kəmərinin yenidən işə salınması planı üzərində işləyir“ “Financial Times“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Bu, Tramp administrasiyasının Moskva ilə münasibətləri normallaşdırmaq cəhdinin bir hissəsidir..."

ABŞ Rusiyanın "Şimal axını-2" qaz kəmərinin Avropaya yenidən açılması layihəsi üzərində işləyir və bu, Donald Trampın Moskva ilə yaxınlaşmasının miqyasını göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Nəşrin yazdığına görə, Trampın komandası qaz kəmərini Ukrayna üzrə sülh danışıqlarında istifadə edilə biləcək strateji aktiv kimi qiymətləndirir.

"Şimal axını-2"-ni kim və necə bərpa etmək istəyir?

Nəşrin mənbələrinə əsasən, bu plan Şərqi Almaniyanın keçmiş kəşfiyyat zabiti və Vladimir Putinin yaxın dostu Matias Varniqə məxsusdur. O, 2023-cü ilə qədər "Şimal axını-2"-nin ana şirkətinə rəhbərlik edib. Məlumata görə, Varniq bu planı Trampın komandası ilə Amerika biznesmenləri vasitəsilə reallaşdırmaq niyyətindədir.

ABŞ rəsmilərindən biri bildirib ki, Tramp administrasiyasının bəzi üzvləri amerikalı investorlara qaz kəmərinə sərmayə qoymaq imkanı yaratmaq təşəbbüsündən xəbərdardır və bunu Moskva ilə münasibətləri normallaşdırmaq cəhdinin bir hissəsi kimi görür.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ tərəfindən idarə olunan investor konsorsiumu artıq "Qazprom" ilə mümkün saziş planı hazırlayıb. Bu plan sanksiyalar səbəbindən fəaliyyətini dayandırmış kəmərin yenidən istismara verilməsini nəzərdə tutur.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında "Şimal axını-2"-nin iki qaz boru xəttindən biri diversiya nəticəsində partladılıb. Digər kəmər isə 27, 5 milyard kubmetr qaz ötürmək gücünə malik olmasına baxmayaraq, heç vaxt işlədilməyib.

Avropa İttifaqında narahatlıq yaranıb

"Financial Times" yazır ki, son həftələrdə "Şimal axını-2"-nin mümkün bərpası ilə bağlı müzakirələr Avropa İttifaqının yüksək vəzifəli məmurlarına məlum olub və bu, onların ciddi narahatlığına səbəb olub. Mənbələr bildirir ki, bu plan ABŞ-a Avropaya enerji tədarükü üzərində görünməmiş nəzarət imkanı verə bilər.

Əsas maneələr və siyasi ziddiyyətlər

Bu planın qarşısında bir sıra ciddi maneələr var. Onun həyata keçirilməsi üçün ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi, Rusiyanın müharibə zamanı dayandırdığı qaz satışını yenidən bərpa etməyə razı olması, Almaniyanın Avropaya qaz tədarükünü qəbul edib-etməyəcəyi məsələsində razılıq əldə etməsi tələb olunur.

Tramp özünün ilk prezidentlik dövründə "Şimal axını-2"-yə qarşı açıq tənqidi mövqe tutub. O, bu kəməri Almaniyanı və Avropanı Rusiyanın enerjisinə həddindən artıq asılı hala salmaqda və Moskvanın hərbi maşınının maliyyələşdirilməsinə kömək etməkdə ittiham edib.

Lakin indi onun komandasının bəzi üzvləri bu boru kəmərini Ukrayna ilə sülh danışıqlarında strateji aktiv kimi görür. Buna baxmayaraq, ABŞ-ın keçmiş yüksək vəzifəli rəsmiləri və Rusiyaya investisiya təcrübəsi olan Qərb biznesmenləri bildirir ki, "Şimal axını-2"-nin istismara verilməsi üçün təkcə Tramp və Putinin imzası kifayət etməyəcək.

Bəzi Avropa məmurları isə xəbərdarlıq edir ki, Almaniyanın "Şimal axını-2"-nı bərpa etmək üçün saziş imzalaması ciddi siyasi böhran yaradacaq. "Avropada hələ də sanksiyalar qüvvədədir və Berlində belə bir qərarın qəbul edilməsi böyük narazılıq doğuracaq. Bütün bunlar hələ çox uzaq gələcəyin məsələsidir", - deyə Qərb rəsmilərindən biri vurğulayıb.

"Şimal axını-2" ilə bağlı digər xəbərlər

ABŞ-da fəaliyyət göstərən milyarder Stiven Linç Rusiyada biznesi olan investor olaraq "Şimal axını-2"-nin mümkün hərraca çıxarılması halında onu almağa icazə verilməsi üçün ABŞ hökumətinə müraciət edib.

Almaniyada sağçı-populist "Almaniya üçün Alternativ" (AfD) partiyası isə Almaniyanın bütün külək elektrik stansiyalarını sökərək "Şimal axını-2"-ni yenidən işə salmalı olduğunu bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri