Icma.az
close
up
RU
ABŞ: Şimali Koreyanın raket buraxılışı ölkə üçün heç bir təhlükə yaratmır

ABŞ: Şimali Koreyanın raket buraxılışı ölkə üçün heç bir təhlükə yaratmır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) hipersəs ballistik raket buraxması ilə bağlı Amerika qüvvələri üçün təhlükə görmür.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

“Biz Şimali Koreyanın ballistik raket buraxmasından xəbərdarıq. Və həmişə olduğu kimi, biz regiondakı müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik. Biz bu hərəkətləri pisləyirik və KXDR-i növbəti qeyri-qanuni və sabitliyi pozan addımlardan çəkinməyə çağırırıq”, - deyib.

“Biz keçmişdə belə hərəkətlərin şahidi olmuşuq. Biz bunun ABŞ qüvvələri üçün təhlükə yaratacağına inanmasaq da, vəziyyəti izləməyə davam edəcəyik”, - deyə Singh əlavə edib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya yanvarın 6-da özünün sonuncu hipersəs ballistik raketini uğurla buraxıb. Şimali Koreya lideri Kim Çen In bildirib ki, raket hücum məqsədi ilə deyil, özünümüdafiə üçün hazırlanır. Eyni zamanda, o, KXDR-in yeni hipersəs raketinin “dünyadakı istənilən raketdən müdafiə sistemini effektiv şəkildə aradan qaldırmağa qadir olduğunu” vurğulayıb. Kim Çen Inın sözlərinə görə, raket Asiya-Sakit okean regionunda KXDR-in təhlükəsizliyinə təhdid yaradan istənilən düşmənin etibarlı şəkildə qarşısını almaq üçün nəzərdə tutulub.

KCNA-nın məlumatına görə, raketin sürəti səs sürətindən 12 dəfə böyük olub və buraxılış zamanı raket maksimum 99,8 km yüksəkliyə çatıb. Onun 1,5 min km məsafədə açıq sularda təyin olunmuş su sahəsinə dəqiq vurduğu bildirilir. Hipersonik raketin mühərrik gövdəsini hazırlamaq üçün karbon lifləri ilə gücləndirilmiş yeni kompozit materialdan istifadə edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri