ABŞ son zərbəni endirməyə hazırlaşır İranın bu ərazilərinə
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ABŞ və İsrailin İrana qarşı başladığı hücumlarla davam edən münaqişəni sonlandırmaq üçün “böyük son zərbə” hazırlığında olduğu iddia edilir.
ABŞ-nin "Axios" saytının iki amerikalı rəsmi və məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqton ilə Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, “hərbi eskalasiya” ehtimalı artır.
Mənbələr bildirir ki, Pentaqon İrana qarşı “son zərbə” planları üzərində işləyir.
Məlumata əsasən, bu planlara İran üçün strateji əhəmiyyət daşıyan Xark, Larak və Əbu Musa adalarının, eləcə də digər ərazilərin ələ keçirilməsi, həmçinin Hörmüz boğazının şərqində İran neftini daşıyan gəmilərin blokadaya alınması variantları daxildir.
Digər tərəfdən, diplomatik mənbələr bildirir ki, Türkiyə, Pakistan və Misir tərəflər arasında vasitəçilik səylərini davam etdirir. İranın ABŞ-nin tələblərini rədd etdiyi, lakin danışıqlardan tam çəkilmədiyi vurğulanır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Mart 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















