Icma.az
close
up
RU
ABŞ Suriya üsyançılarına xüsusi siqnallar göndərir Amerikanın Səsi

ABŞ Suriya üsyançılarına xüsusi siqnallar göndərir Amerikanın Səsi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Bayden administrasiyası Suriya xalqının arzularına cavab verən legitim dövlət idarəetmə sistemini görmək istəyir..."

ABŞ Suriyanın gələcək hökumətinə şərti dəstək barədə siqnallar göndərir. Vaşinqton orada legitim və Suriya xalqının arzularına cavab verən dövlət idarəetmə sistemini görmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.org" nəşri yazıb.

Suriyada çevrilişdən sonra ABŞ prezidenti Co Bayden tələm-tələsik Dövlət katibi Blinkeni məsləhətləşmələr üçün Türkiyə və İordaniyaya göndərib.

"ABŞ yaranmış imkandan istifadə etmək və riskləri idarə etmək üçün öz tərəfdaşları və maraqlı tərəflərlə Suriyada işləyəcək", - Bayden bəyan edib.

Lakin 2025-ci il yanvarın 20-də Baydeni əvəzləyəcək Donald Tramp açıq şəkildə Suriya münaqişəsinə müdaxilə etməklə bağlı istəyinin olmamasını nümayiş etdirir. "Bu, bizim savaş deyil. Müdaxilə etməyə gərək yoxdur", - Tramp bəyan edib.

Buna baxmayaraq, ABŞ artıq Suriya münaqişəsinə cəlb edilib. Bu ölkədə təxminən 900 amerikalı hərbçi var, bundan başqa, ABŞ kürdlərə dəstək verir. Vaşinqton həmçinin Suriyanın qonşuları İraq, Livan, İsrail və İordaniya, həmçinin NATO üzvü olan Türkiyə ilə sıx əlaqələr saxlayır.

"Suriyadakı hadisələr onlara birbaşa təsir edir, onlar da öz növbəsində Suriyada baş verənlərə yaxşı və ya pis təsir etmək iqtidarındadır", - bu barədə ABŞ-ın Suriya, İraq və Livandakı sabiq səfiri Rayyan Kroker bəyan edib.

"Bundan tam kənarda dayanmağa, əlbəttə ki, dəyməz. Əgər ABŞ özləri daha çox cəlb olunmağı istəmirsə, regionda tərəfdaşlarla əməkdaşlıq etməyin əsl zamanıdır", - o, əlavə edib.

Co Bayden administrasiyası Suriya xalqına hesabat verən qeyri-konfessial hökumətə şəffaf və inklüziv keçidə dəstək verəcəyini bəyan edib.

"Keçid qurumlar və yeni hökumət azlıqların hüquqlarına riayət edilməsi, bütün ehtiyacı olanlara humanitar yardımın çatdırılmasına dəstək verilməsi və Suriyadan terrorçular üçün baza kimi istifadə edilməsinin qarşısının alınması üzrə öz üzərlərinə dəqiq öhdəliklər götürməlidir. Həmçinin kimyəvi və bioloji silahın təhlükəsiz məhv edilməsini təmin etmək lazımdır", - ABŞ Dövlət katibi qeyd edib.

Nəşr qeyd edir ki, əgər ABŞ Suriyanın yeni hökumətini tanıyarsa, bu, ölkə iqtisadiyyatına ağır zərbə vuran sanksiyaların ləğvinə gətirib çıxara bilər, bu da ABŞ-ın Suriyanın qeyri-müəyyən gələcəyi şəraitində istifadə edə biləcəyi stimuldur.

Bəşər Əsəd rejiminin devrilməsində həlledici rol oynayan "Həyat Təhrir əş-Şam" qruplaşması ABŞ-da terrorçu təşkilat kimi tanınıb. Vaşinqton onun lideri Əbu Məhəmməd əl-Colaninin başına 10 milyon dollar məbləğində mükafat elan edib.

"Qardaşlar, bu qələbə bütün İslam hümməti tarixində yeni fəsil açır. Bu, region üçün dönüş məqamıdır", - Colani onun yaraqlılarının ölkəni nəzarətə götürdükdən sonra ilk çıxışında bəyan edib. O, Suriya xalqına verilən işgəncələrdə əli olan Əsəd rejiminin bütün üzvlərinin məsuliyyətə cəlb ediləcəklərini vəd edib.

"Son zamanlar o, ekstremist ideologiyadan uzaqlaşmağa can atıb və Suriyanın etnik və dini azlıqlarına, o cümlədən xristianlar, kürdlər, druzlar və ələvilərə (Əsədin də məxsus olduğu) qarşı dözümlü olacağına əmin edib.

Buna baxmayaraq, onun öz niqti üçün Dəməşqdəki VIII əsrdə sunni xəlifənin inşa etdiyi Üməyyad məscidinin seçilməsi sünnilərin yeni siyasi düzəndə rolunu qabartmaq istəyindən xəbər verir", - nəşr yazıb.

Nəşr qeyd edir ki, Trampın "Amerika hər şeydən öncədir" doktrinasına uyğun olaraq ABŞ-ın öz diplomatik səylərinin Baydenin istədiyi Suriyanın gələcəkdə inklüziv və qeyri-konfessial hökumətə yönəldəcəyi aydın deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri