ABŞ Suriyada əməliyyata başaldı: Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.
Bunu ABŞ-nin müharibə naziri Pit Heqset açıqlayıb.
Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.
"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset bildirib.
O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər. "Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib/report.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 20 Dekabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















