ABŞ Suriyadan qoşunlarını çıxaracaq?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyanın şərqində hərbi mövcudluğunu qoruyub saxlayacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Bəhreynin paytaxtında keçirilən "Manama Dialoqu" forumunda çıxışı zamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Daniel Şapiro məlumat verib.
"Suriyadakı vəziyyət sürətlə inkişaf etdikcə, ABŞ böhrandan təsirlənən regiondakı tərəfdaşlarına təhlükəsizliklərini təmin etməkdə kömək etmək üçün onlarla sıx məsləhətləşmələr aparmağa davam edəcək. Bizim onlara sadiqliyimiz həmişəkindən daha güclüdür. Biz Suriyanın şərqində də mövcudluğumuzu davam etdirəcəyik - sırf İŞİD üzərində yekun qələbə üçün, bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur", - deyə o bildirib.
Pentaqonun nümayəndəsi əlavə edib ki, ABŞ qüvvələrini və tərəfdaşlarını qorumaq və İŞİD-in Suriyanın şərqində yenidən canlanmasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Dekabr 2024 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















