ABŞ “Taliban” hərəkatını terrorçu təşkilatlar siyahısına salmağı nəzərdən keçirir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Dövlət Departamenti Əfqanıstanda hakimiyyəti əlində saxlayan “Taliban” hərəkatının xarici terrorçu təşkilatlar siyahısına salınması məsələsini yenidən araşdırır.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Bildiyimə görə, bu təsnifat hazırda növbəti dəfə baxılma mərhələsindədir”, – deyə Rubio qeyd edib.

