Icma.az
close
up
RU
ABŞ tankerləri Qətərə göndərdi: İranla yeni müharibə başlayır?

ABŞ tankerləri Qətərə göndərdi: İranla yeni müharibə başlayır?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Hərbi Hava Qüvvələri bir neçə KC-135 yanacaqdaşıyan təyyarəni Qətərdəki Əl-Udeyd aviabazasına göndərib. Əl-Udeyd ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi hava bazasıdır və Mərkəzi Komandanlığın əsas əməliyyat mərkəzi hesab olunur. ABŞ-nin bölgədə hərbi mövcudluğunu artırması, xüsusilə də Əl-Udeyd bazasına əlavə yanacaqdaşıyan təyyarələrin göndərilməsi analitiklər tərəfindən İran ətrafında gərginliklərin yenidən alovlana biləcəyi ehtimalı ilə əlaqələndirilir. 

Məsələ ilə bağlı vəziyyəti şərh edən politoloq Taleh Əliyev News24.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasındakı son toqquşmalardan sonra yaranmış sakitlik yalnız müvəqqəti xarakter daşıyır: 

"Prosesin gələcəkdə yenidən alovlanma ehtimalı yüksəkdir. ABŞ 12 günlük hərbi toqquşmadan sonra İranın nüvə silahı əldə etmək planlarından geri çəkiləcəyini, həmçinin region ölkələrinin daxili işlərinə proksi qüvvələr vasitəsilə müdaxilədən imtina edəcəyini gözləyirdi. Lakin baş verənlər bunun əksini göstərdi. İran nəinki geri addım atmadı, əksinə, Avropa üçlüyü (Almaniya, Fransa və Böyük Britaniya) ilə nüvə proqramı üzrə danışıqlardan tamamilə imtina etdi".

Politoloq bildirib ki, İsrail rəsmi şəkildə İrana müraciət edərək nüvə silahı ambisiyalarından əl çəkməsini tələb etsə də, Tehranın mövqeyi dəyişməyib: 

"Əksinə, bir neçə gün əvvəl İranla Rusiya arasında əldə olunan razılıq diqqət çəkir. Bu sənədə əsasən, İranda üç yeni atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bu layihə əslində İranın nüvə texnologiyaları sahəsində imkanlarını genişləndirməsi və qısa zamanda nüvə silahına sahib olmaq istiqamətində atılmış mühüm addımdır".

Taleh Əliyev əlavə edib ki, İranın belə bir hədəf güdməsi ABŞ və İsraillə qarşıdurmanı daha da dərinləşdirə bilər. Onun sözlərinə görə, regionda balans getdikcə pozulur və bu, yeni bir hərbi qarşıdurmanın başlamasına zəmin yaradır:

“İranın nüvə silahı əldə etməsi təkcə ABŞ və İsrail üçün deyil, bütövlükdə region ölkələri üçün təhlükə mənbəyidir. Mövcud proseslər göstərir ki, qarşıdakı dövrdə tərəflər arasında yeni müharibənin başlanması ehtimalı olduqca yüksəkdir”.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri