Icma.az
close
up
RU
ABŞ tarixində ən kritik prezident seçkisi: NyuYorkdan FOTOREPORTAJ

ABŞ tarixində ən kritik prezident seçkisi: NyuYorkdan FOTOREPORTAJ

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün ABŞ tarixində ən kritik prezident seçkisindən biri keçirilir. Amerikalılar ölkəni 4 il idarə edəcək prezidentini, ölkədə qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatasının üzvlərini və Senatları müəyyən etmək üçün səsvermə məntəqələrinə üz tutublar. Keçmiş Prezident Donald Tramp və vitse-prezident Kamala Harris arasında prezidentlik uğrunda davam edən gərgin yarışın nəticəsinin müəyyən olmasına saatlar qalıb.

"Report"un ABŞ bürosu Nyu-Yorkda fəaliyyət göstərən səsvermə məntəqələrindən birinə baş çəkib və seçkilərin gedişatını yerindəcə müşahidə edib.

Üç fərqli saat qurşağı olan ölkədə səsvermənin başlanğıcı və sonu ştatlara görə dəyişir. Səsvermə Nyu-York və Virciniya ştatlarında yerli vaxtla saat 06:00-da, seçkinin nəticəsini müəyyən edəcək ən kritik ştatlarda, Florida, Pensilvaniya və paytaxt Vaşinqtonda saat 07:00-da başlayıb.

Əhalinin aktivliyinin müşahidə olunduğu seçki məntəqələrində yüksək təhlükəsizlik təmin olunub. Məntəqələrdə işləyən könüllülər və müşahidəçilər seçiciləri səsvermə prosesi ilə bağlı məlumatlandırır və onları səsvermə kabinələrinə yönləndirirlər. Nyu-York şəhəri seçicilərinin bülletenlərinin arxasında şəhərin nizamnaməsinə aid Nyu-Yorkun konstitusiyasına təklif edilən düzəlişə əlavə beş təklif də qeyd olunub.

Pensilvaniyanın iki əyalətində və Nyu-Yorkda iki seçki məntəqəsində səslərin qeydə alındığı maşınlarda qısamüddətli nasazlıqlar müşahidə olunub. Məlumata görə, Nyu-York Seçki Şurası problemlərin aradan qaldırıldığını və seçicilərin kağız bülletenlərini seçki məntəqələrində qoya biləcəyini və onların sayılacağını bildirib.

Yerli əhali kimə səsverməsindən asılı olmayaraq çərşənbə axşamı tarix yazılacağını qeyd edir. Ölkədə sosial şəbəkələr və medianın bütün diqqəti seçkinin gedişatına yönəlib. ABŞ-də səsvermə ölkənin ən şimal-qərb hissəsində yerləşən Alyaska və Havay ştatlarında yerli vaxtla saat 20:00-da başa çatacaq.

Demokrat namizəd Kamala Harrisin və Respublikaçılar Partiyasının namizədi Donald Trampın anket sorğularının nəticələrinin bir-birinə çox yaxın olduğu qeyd olunur.

Qeyd edək ki, prezident seçkisində qalib gələn namizəd 2025-ci il yanvarın 20-də and içəcək və 4 il müddətinə ABŞ-nin 47-ci prezidenti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 02:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri