Icma.az
close
up
RU
ABŞ tarixinin ən uzun hökumət şatdaunu başa çatdı: Tramp qanunu imzaladı

ABŞ tarixinin ən uzun hökumət şatdaunu başa çatdı: Tramp qanunu imzaladı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsi haqqında qanunu imzalayaraq, ABŞ tarixində ən uzun sürən hökumət bağlanmasına (şatdauna) son qoyub. Bu, 43 gün davam edib.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, Tramp qanunu Nümayəndələr Palatası onu 222 səs lehinə və 209 səs əleyhinə olmaqla qəbul etdikdən bir neçə saat sonra imzalayıb. Senat qanun layihəsini bir neçə gün əvvəl təsdiqləmişdi. Altı demokrat öz partiyasından ayrılaraq qanun layihəsinin lehinə səs verib.

Trampın qanun layihəsini imzalaması federal qulluqçulara – 43 günlük şatdaunla əlaqədar fəaliyyətini dayandıranlara – artıq cümə axşamı işə qayıtmağa imkan verəcək, baxmayaraq ki, dövlət xidmətlərinin tam bərpasının nə qədər tez baş verəcəyi hələlik məlum deyil.

Eyni zamanda, qəbul edilən qanun layihəsi kompromis xarakteri daşıyır, çünki o, hökumətin yalnız 2026-cı il yanvarın 30-dək müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutur. Bununla belə, saziş Səhiyyə üçün əlçatanlıq haqqında Qanuna (Obamacare) əsasən mövcud olan vergi güzəştlərinin müddətinin bitməsi məsələsini həll etmir. Demokratların çoxu hökumət işinin bərpasına dair istənilən razılaşma çərçivəsində bu güzəştlərin uzadılmasını tələb edirdi.

Qeyd edək ki, xərclərlə bağlı qarşıdurma Trampın bu ilin əvvəlində Ağ Evə qayıtmasından sonra Konqresdə demokratlarla respublikaçılar arasında ən böyük qarşıdurmaya çevrilib. Bu, dövlət xidmətlərinin işində görünməmiş fasilələrə səbəb olub: Tramp administrasiyası ölkə üzrə kommersiya aviaşirkətlərinin fəaliyyətini azaltmaq barədə göstəriş verib və ilk dəfə ən iri federal ərzaq yardım proqramını dayandırıb.

Şatdaun 1 oktyabrda başlamışdı və nəticədə təxminən 700 000 federal qulluqçu ödənişsiz məzuniyyətə göndərilib. On minlərlə digər işçi – hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hava limanlarındakı yoxlayıcılar – maaş almadan işləməyə davam ediblər.

Bir çox iqtisadçıların hesablamalarına görə, hökumət bağlanması iqtisadiyyatı təxminən hər altı həftəlik fasilə ərzində ümumi daxili məhsulu (ÜDM) hər həftə ondan bir faiz bəndindən çox azaldırdı, baxmayaraq ki, yaxın aylarda itirilmiş istehsalın böyük hissəsinin bərpa ediləcəyi gözlənilir.

Bundan əvvəl "Axios” nəşri yazmışdı ki, ABŞ NATO müttəfiqlərinə və Ukraynaya 5 milyard dollardan çox dəyərində silah ixracını şatdaun səbəbindən dayandırıb.

Nəşrin mənbələri dəqiqləşdiriblər ki, söhbət AMRAAM raketləri, Aegis döyüş sistemləri və HIMARS kimi silahların Danimarka, Xorvatiya və Polşaya tədarükündən gedir. Qeyd olunur ki, ixracın son təyinatı tam dəqiq bilinmir, lakin "NATO müttəfiqlərinə silah satışı tez-tez Ukraynaya yardımı təmin etmək məqsədilə həyata keçirilir”.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri