ABŞ Tayvandan imtina edib? Rubionun Çinlə bağlı dedikləri TƏƏCCÜBLƏNDİRDİ
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Vaşinqton və Pekin strateji sabitliyin bərqərar oluna biləcəyi mərhələdədir. Odur ki, onlar arasında tammiqyaslı ticarət qarşıdurması bütün dünyaya zərər verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox” radiosuna müsahibəsində deyib.
Rubio deyib: “Biz regionda Filippin və Tayvan kimi tərəfdaşlarımızı dəstəkləməyə sadiqik. Lakin hazırda müəyyən strateji sabitlik dövrünə qədəm qoyuruq”.
Onun sözlərinə görə, ABŞ Çinlə ticarət münaqişəsindən müəyyən mənada faydalana bilər. Lakin bu, ABŞ-ın və xüsusilə də Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Vaşinqtonun Pekinlə münasibətlərində hələ də qıcıqlandırıcı məqamlar var. Lakin biz bu məqamlarla məşğul olmaq məcburiyyətindəyik.
Əliyar Xəlil


