Icma.az
close
up
RU
ABŞ təmkinli pul siyasəti yürütməkdə davam edir

ABŞ təmkinli pul siyasəti yürütməkdə davam edir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Federal Ehtiyat Sistemi daxili və xarici riskləri nəzərə alaraq uçot dərəcəsini sabit saxlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) iyunun 17-də keçirilən iclasında 2026-cı ilin üçüncü pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Yəni, FES aşağı uçot siyasətinin davam etdirilməsini məqsəduyğun hesab etməyib və mövcud stavkanı məqbul sayıb. Qeyd edək ki, FES sonuncu dəfə 2025-ci il dekabrın 10-da faiz dərəcəsini 25 baza bəndi endirib və hazırda bu rəqəm 3,75-dən yüksək deyil. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir.

FES-in bu qərarı yeni sədr Kevin Uorşun rəhbərliyi altında qəbul edilən ilk addım sayılır. Çoxları əvvəlki FES sədri Jerome Poveli iqtidarın kadrı olmadığını və faiz siyasətində administrasiyanın tələblərini icra etməyən maliyyəçi kimi tanıyır. Uorşu isə Trampın kadrı hesab edir. Ona görə də, yeni FES sədrinin eyni faiz siyasətini davam etdirməsi maliyyə sektorunda

təəccüblə qarşılanıb. Ancaq iqtisadçılar Kevin Uorşun faiz dərəcələrinin dəyişməz saxlanması ölkədəki iqtisadi vəziyyətdən qaynaqlandığını düşünür. Ölkədə inflyasiya və iqtisadi artım perspektivləri ilə bağlı vəziyyət bu, ehtiyatlı qərarın verilməsinə səbəb olub.

FES-in qərarı kriptoinvestorları məyus edib

Faiz qərarı ilə bağlı FES heyətində müəyyən fikir ayrılıqları da yaşamıb. Əksər üzvlər faizin sabit saxlanmasına səs versə də, bəzi bank nümayəndəsi faizlərin 3,25 nisbətinə endirilməsini təklif edib. Həmin şəxslərin kriptobazarın fəal dəstəkçisi olduğu istisna edilmir, çünki aşağı faizlər dəhliz investisiya və fond bazarlarında kriptovalyutanı, əsasən də bitkoini bahalaşdıra bilər. Hazırda bu bazarda durğunluq hökm sürür ki, investorlar mövcud mühitdən narahatdır. Xüsusilə də Trampa yaxın biznes icması aşağı faiz dərəcəsi şəraitində virtual bazarın aktivləşməsinə çalışır.

Onlar hesab edirlər ki, aşağı faiz dəhlizi maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdıra bilər. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artırmağa çalışır. Ancaq bank heyəti hazırkı qlobal təhdidlər  fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləmir. Bunun əsas səbəbi isə ABŞ-da işsizlik səviyyəsinin azalmaması, iqtisadi fəallığın hələ də qənaətbəxş olmaması və inflyasiyanın artmasıdır.

Yaxın Şərqdəki gərginlik pul siyasətinə təsir edir

FES sədri Kevin Uorşun ilk mesajlarından belə aydın olur ki, ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalır və hazırda qlobal bazarda enerji qiymətlərinin yüksək qalması inflyasiyanı daha da artıracaq. Xüsusilə də, yeni neft şokunun yaşanması mal və xidmətlərin dəyərini kəskin bahalaşdırmaqla inflyasiyanın hərarətini artıracaq.

ABŞ Mərkəzi Bankının açıqlamasından da məlum olur ki, qurum ehtiyatlı və mühafizəkar pul siyasətinin davam etdirilməsində qərarlıdır. Buna təsir edən bir çox fundamental amillər var ki, onlar həm daxili makroiqtisadi mühitdən, həm də xarici təsirlərdən qaynaqlanır. İll növbədə, ABŞ-da inkişaf göstəriciləri kifayət qədər qənaətbəxş hesab edilsə də, bəzi bazar və maliyyə indikatorları hökumətin baxışlarına tam cavab vermir. Ölkədə ilin ilk 5 ayı ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. Ancaq bununla belə, inflyasiya hələ də hədəf səviyyəsindən yüksəkdir, maliyyə indeksləri artmayıb, hətta bəzi investisiya qurumlarının və fond institutlarının indeksləri cüzi ucuzlaşlıb. Mart ayında isə iqtisadi aktivlik müəyyən qədər zəifləyib, istehlak sektorunda artım tempi yavaşıyıb, biznes göstəricilərində ehtiyatlı dinamika müşahidə olunur. Bu vəziyyət ABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlı yüksəliş trendi formalaşdırmasının qarşısını da alır.

Yaxın Şərqdəki gərginliyin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkən FES xarici faktorun pul və maliyyə bazarlarını təhdid edəcəyini gizlətmir. Bu ssenarilər şəraitində qiymət sabitliyi və tam məşğulluq hədəfləri üzrə riskləri yaxından izləməyə davam edəcəyini vurğulayan qurum gərginliyin uçot siyasətinə mənfi təsirlərini istisna etmir. Qeyd olunduğuna görə, gələcək faiz qərarlarında iqtisadi göstəriciləri, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək. Gərginlik bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq.

FES-in qərarı qlobal bazarlara necə təsir göstərəcək?

FES-in yüksək faiz dərəcələri qlobal maliyyə və investisiya bazarını müəyyən qədər sıxır və səhmdarlar aktivlərə yüksək həcmlərdə kapital yatırmırlar. Aşağı dərəcəli faiz stavkası isə qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün də xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.

Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kritovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar  faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarların digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri