ABŞ terror təşkilatı hesab etdiyi HTŞ ilə birbaşa əlaqə qurduğunu açıqlayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın terror təşkilatları siyahısında olan və Suriyada Baas rejimini devirən qruplaşmaların başında gələn “Heyət Təhrir əl-Şam” (HTŞ) ilə birbaşa əlaqə qurduqlarını təsdiqləyib.
APA xəbər verir ki, Blinken Suriyadakı hadisələri müzakirə etmək üçün keçirilən xarici işlər nazirləri toplantısına getdiyi İordaniyanın Aqaba şəhərində mətbuat konfransı keçirib.
Blinken bildirib ki, ABŞ və digər regional güclər Suriyanın müvəqqəti hökumətinin bir sıra prinsipləri ilə razılaşıblar.
Jurnalistlərdən birinin bu prosesdə ABŞ-ın terror qruplaşması olaraq gördüyü HTŞ ilə əlaqə qurub-qurmadığı ilə bağlı sualına Blinken “HTŞ və digər tərəflərlə əlaqə saxlayırıq” deyə cavab verib.
Qeyd edək ki, Blinken İordaniya, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Livan və Misirin xarici işlər nazirləri, həmçinin AB və BMT nümayəndələri ilə Suriyadakı hadisələri müzakirə etmək üçün Aqaba şəhərində görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Dekabr 2024 04:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















