ABŞ Trampın kadr siyasətindən şoka düşüb: Cinayətkara vəzifə verir
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Tramp kadr qərarları ilə Respublikaçı qanunvericilər arasında çaşqınlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilir ki, prezident seçkilərində qalib gələn Tramp baş prokuror vəzifəsinə konqresmen Mett Qatzın namizədliyini irəli sürmək planlarını açıqlamaqla Respublikaçılar Partiyasından olan bəzi qanunvericiləri şoka salıb və dəhşətə gətirib.
Qeyd olunur ki, Tramp bu barədə sosial şəbəkələrdə məlumat verib. Trampın sözlərinə görə, əvvəllər polis tərəfindən narkotik vasitələrdən istifadədə və seçki kampaniyasının vəsaitlərindən sui-istifadədə ittiham olunan Qatz “çox istedadlı vəkildir”.
Qeyd edək ki, digər məsələlərlə yanaşı, Qatza qarşı insanların cinsi istismarı ittihamı ilə cinayət işi açılıb.
Adəm Abbaslı
Baxış sayı:115
Bu xəbər 14 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















