ABŞ Trampın şəkli olan bir sıra xatirə pasportları buraxacaq
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Ev ABŞ Prezidenti Donald Trampın portretinin təsvir olunduğu xüsusi dizayna malik məhdud sayda buraxılışlı pasportun istehsalını elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.
Məlumata görə, pasport seriyası bu ilin iyul ayında – ABŞ Müstəqilliyinin 250 illiyi ərəfəsində satışa çıxarılacaq.
Qeyd olunur ki, yeni sənədin maketində Trampın portreti 1776-cı ildə imzalanmış ABŞ Müstəqillik Bəyannaməsinin mətni və Amerika bayrağının elementləri ilə çərçivəyə salınıb. Dizayn qızılı relyeflə tamamlanıb və onun üzərində dövlət başçısının şəxsi imzası əks olunub.
Bildirilib ki, başqa bir təqdimat afişasında isə tarixi sənədin Qurucu Atalar tərəfindən imzalanmasını əks etdirən məşhur rəsmin surəti yer alır.
Xatırladaq ki, bundan əvvəl ABŞ İncəsənət Komissiyası da Donald Trampın portretinin həkk olunduğu xatirə qızıl sikkəsinin buraxılmasını təsdiqləyib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 Aprel 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















