ABŞ Türkiyənin YPGyə hücumunun qarşısını almağa çalışır Blinken
Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Türkiyə hərbçiləri ilə Suriyadakı kürd yaraqlıları arasında münaqişənin gərginləşməsinin qarşısını almağa çalışır.
Modern.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
O qeyd edib ki, Türkiyənin Suriyada fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları ilə bağlı “qanuni narahatlıqları” var və Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə nizamlanma aparılmalıdır.
“Bu, müəyyən vaxt aparacaq bir prosesdir”, deyən Blinken və eyni zamanda bildirib ki, Suriyadakı kürd yaraqlılarına qarşı müharibə ABŞ-ın maraqlarına qətiyyən uyğun gəlmir.
Blinken Parisdə jurnalistlərə deyib: “Biz bunun baş verməməsi üçün hər cür səy göstərəcəyik”.
Türkiyə PKK yaraqlılarını məhv etmək üçün təşkilatın Suriyadakı YPG adlanan qoluna qarşı hücuma keçməklə hədələyib. Kürdlərin YPG təşkiları on ildir ki, İŞİD qruplaşmasına qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir.
Blinken ümid etdiyini bildirib ki, Donald Trampın yeni administrasiyası bu məsələyə çox güclü maraq göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Yanvar 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















