ABŞ Türkiyəyə 30 taktiki nüvə bombası yerləşdirdi Nə baş verir?
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Avropadakı altı hava bazasında təxminən 100 modernləşdirilmiş "B61" taktiki nüvə bombası ("B61-12" versiyası) yerləşdirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bülleten of the Atomic Scientists" və "Federation of American Scientists" nəşrləri məlumt yayıb.
Qeyd olunub ki, Almaniya, Belçika, Niderland və İtaliyadakı aviabazalara 10-15 bomba yerləşdirilib. Daha 20-30 bomba isə İtaliyadakı Aviano və Türkiyədəki İncirlik hava bazalarına yerləşdirilib.
"B61" bombaları "F-35A2, "F-15E", "F-16" və "Tornado" taktiki qırıcıları tərəfindən daşına bilər. Bombalar yeni quyruq üzgəci ilə təchiz olunub ki, bu da onları daha idarəolunan edir və paraşütlə tullamaq əvəzinə yüksək hündürlükdə uçan təyyarədən atılmasına imkan verir. Daha sonra bomba hədəfə doğru sürüşür və lazım gələrsə, ona doğru "hərəkət edir".
2025-ci ilin noyabr ayında “The New York Times” qəzeti ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) rəhbəri Brandon Uilyamsın nüvə silahları agentliklərindən məxfi məlumatların sızmasına nəzarətin artırılmasını əmr etdiyini bildirmişdi.
Uilyams "silahları güclü edən sirləri qorumağın" vacibliyini qeyd edərək, "tabeliyində olanlara məxfi məlumatların sızmasına qarşı sayıqlığı artırmağı əmr edib".(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















