Icma.az
close
up
RU
ABŞ üçün yeni siyasi mərhələ: Kaliforniyadakı etirazların nəticəsi necə olacaq?

ABŞ üçün yeni siyasi mərhələ: Kaliforniyadakı etirazların nəticəsi necə olacaq?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında miqrantların həbsinə qarşı başlayan etiraz aksiyaları artıq geniş vüsət alıb. Həbslərə qarşı etirazlar daha da kəskinləşəndən sonra Prezident Donald Tramp etirazları yatırmaq məqsədilə ştatın mərkəzi şəhəri Los-Ancelesə əlavə 2 000 Milli Qvardiya əsgəri və 700 hərbi dəniz piyadasının göndərilməsini təsdiqləyib. Bu hadisələrdən sonra Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampa, Pentaqona, həmçinin müdafiə naziri Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb. Həmçinin, Kaliforniyanın baş prokuroru Rob Bonta da prezidentin ştat qubernatorunun razılığı olmadan ordu yeritməsini birmənalı qarşılamayıb. Los-Ancelesin meri Karen Bass da əyalətə federal müdaxilənin yolverilməz olduğunu bildirib. Bütün bunlar isə Birləşmiş Ştatların daxili təhlükəsizliyi və Prezident Trampın siyasi gələcəyi ilə bağlı bir sıra sualların yaranmasına səbəb olub.

Baş verənləri Oxu.Az-a şərh edən amerikalı diplomat, ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, son ictimai rəy sorğularına görə, amerikalıların 54 faizi Prezident Trampın bu siyasətini dəstəkləyir, təxminən 46 faizi isə buna qarşıdır:

"Lakin etirazçıların sayı az olsa da, onların etiraz etmək hüququ var. Kaliforniyanın yerli hüquq-mühafizə orqanları ABŞ federal hökumətinə immiqrantların tutulmasını və deportasiyasını qadağan edən qanun qəbul edib. Lakin ABŞ Konstitusiyasına əsasən, əksər hallarda federal qanun yerli qanunlardan üstün sayılır. Yəni, əgər federal qanun deyirsə ki, qeyri-qanuni immiqrantlar həbs edilməli və deportasiya olunmalıdır, ştatın daxili qanunu ilə bu prosesi dayandırmaq mümkün deyil. Tramp administrasiyası da bildirir ki, Kaliforniya ştatı və Los-Anceles rəhbərliyi federal qanunu yerinə yetirməkdən imtina edir və bu, qanunsuzdur. ABŞ administrasiyası iddia edir ki, əgər bir şəhər ABŞ qanunlarını icra edə bilmirsə, o zaman federal hökumət öz nəzarətində olan hərbiləşdirilmiş qüvvələri göndərməli və qanunun icrasını özü təmin etməlidir. Bütün bunlar isə ABŞ-də çox təhlükəli bir presedent yarada bilər.

Hazırda gedən mübarizənin əsas sualı budur: Prezident Tramp hərbçiləri bölgəyə göndərməklə gərginliyi süni şəkildə artırır və qəsdən siyasi böhran yaradır? Qeyd etmək lazımdır ki, Los-Anceles kimi böyük bir şəhərin yalnız kiçik hissəsində etirazlar baş verir və onların əksəriyyəti dinc şəkildə baş tutur. Ancaq axşam saatlarında bəzi qruplar zorakılığa əl atır, federal hüquq-mühafizə orqanlarına hücum edir, divarları boyayır və ya avtomobilləri yandırırlar. Los-Anceles polisi və yerli rəhbərlik bu zorakılıqlara qarşı mübarizə aparır və şəhər meri həmin kiçik ərazi üçün komendant saatı elan edib. Bu da öz-özlüyündə sözügedən sualı doğurur. Bütün bunların ABŞ siyasəti üçün ciddi nəticələri ola bilər. Necə ki, artıq digər şəhərlərdə də bu tip etirazların baş verdiyi müşahidə olunur. Prezident Tramp və müdafiə naziri Pit Heqset isə digər şəhərlərə də federal nəzarətli hərbi qüvvələr göndərilə biləcəyini bildiriblər", - deyə diplomat vurğulayıb.

Sabiq səfir əlavə edib ki, əgər bu hal baş verərsə, ABŞ yeni bir siyasi mərhələyə daxil olacaq: "Hətta bunu konstitusiya böhranı da adlandırırlar. Çünki, prezidentin ordu vasitəsilə daxili məsələlərə müdaxilə cəhdi ABŞ Konstitusiyasına ziddir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri